Bir gəlin qayınatasının yanında başı açıq dayana bilər?
Müsəlmanlar > Fitvalar > Geyim-Kecim > Təsəttür-Hicab Tarix: 14 Dekabr 2009 Tövsiyə et Çap et
Sual: Bir gəlin qayınatasının yanında başı açıq (hicabsız) gəzə bilər?

Müsəlman bir qadın özünə dini cəhətdən yad olan kişilərin yanında başını örtülü saxlamalıdır. Qadınların arasında və ya evdə atasının, qardaşlarının, əmi və dayısının, eləcədə də qayınatasının yanında və özü tək qaldıqda başını örtmək məcburiyyətində deyil.

Allah Təala Nur surəsinin 31-ci ayəsində belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”.

Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Müsəlman bir qadın bədəninin hansı hissələrini örtməlidir? 16.08.09 108 dəfə oxundu
2 Qadınların örtünməyinin səbəbi nədir? 16.08.09 125 dəfə oxundu
3 Qadın küçəyə çıxarkən geyimi necə olmalıdır? 16.08.09 129 dəfə oxundu
4 Müsəlman qadının başı açıq işləməsi 16.08.09 116 dəfə oxundu
5 İslam dininə əsasən qadınlar çadra geyinməlidirlər? 16.08.09 122 dəfə oxundu
6 Qurandakı cəlabib sözünün mənası çadra deməkdir? 16.08.09 144 dəfə oxundu
7 Qadının evdə başı açıq oturması 16.08.09 134 dəfə oxundu
8 Alman məktəblərində müsəlman qızların geyimi haqqında 16.08.09 182 dəfə oxundu
9 Qadınların kişilərin yanında davranışları barədə 16.08.09 197 dəfə oxundu
10 Məhrəm və naməhrəm məsələləri 16.08.09 665 dəfə oxundu
11 Bir gəlin qayınatasının yanında başı açıq dayana bilər? 14.12.09 108 dəfə oxundu
12 Bir qız ögey qardaşlarının yanında başı açıq gəzə bilər? 15.01.10 135 dəfə oxundu
13 Çadra geyinmək ifrata varmaq deməkdir? 08.02.10 222 dəfə oxundu
14 Qadın Quran oxuduğu vaxt başını örtməlidir? 13.03.10 22 dəfə oxundu