Müselmanlar
Həcc məsələsində kişi ilə qadının arasında nə fərq var?

Həcc məsələsində kişi ilə qadının arasında nə fərq var?

Sual: Bəzi icmalar xanımlarını Həccə aparmırlar. Onlar belə bir fikir irəli sürürlər ki, qadınlar orada haram iş görə bilərlər. Buna səbəb kimi də qadınlarla kişilərin bir yerdə olmasını göstərirlər. Bu məsələ ilə əlaqədar olaraq sizin də fikrinizi öyrənə bilərəm? Həccə getmək məsələsində kişilərlə qadınlar arasında nə kimi bir fərq var? Bunu öyrənmək istəyirəm.

Cavab: Həcc ziyarəti məsələsində qadınlarla kişilər arasında hər hansı bir ayrılıq yoxdur. Həcc ibadətinin digər ibadətlərdən fərqlənən cəhəti də elə budur. Qadınlarla kişilərin bir yerdə olmasına görə ehtimal edilən günahları əsas kimi göstərərək qadınları Həccə aparmayanların özləri də Həccə getməməlidirlər! Çünki orada ancaq kişilər deyil, həmin kişilərə dini cəhətdən yad hesab olunan qadınlar da olur!

Başqa sözlə desək, bu cür şeyləri bəhanə gətirmək və qadınları dinin şüarlarından olan Həcc ibadətindən məhrum etmək, bunu bir qayda-qanun halına salmaq yeni bir din qondarmaq deməkdir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin