Faiz pulu haqqında sual-cavab
Müsəlmanlar > Faiz > Fitvalar Tarix: 11 dekabr 2009 Tövsiyə et Çap et
Sual: Bankda yığılıb qalmış faiz pulu var. Araşdırmalarımız göstərdi ki, faiz pulunu savab gözləmədən bir xeyriyyə təşkilatına, bir məktəb ya da çətinlikdə olan bir ailəyə vermək olarmış. Amma gərək verilən pulun sələm pulu olduğunu bilməyələr. Mənim sualım budur: Əgər həmin şəxs pulun faiz pulu olduğunu bilsə, haram olur? Nə üçün? Biz pulu verəcəyimiz adama demişdik ki, bu pul faizdən götürülmüş puldur. Onun pula çox böyük ehtiyacı var idi. Amma bir din xadimi bizə tapşırdı ki, ona bunu bildirməyək. Yəni, deməyək ki, sələm puludur. Biz qaldıq çar-naçar. Bu barədə məlumat verərdinizmi?

Cavab: Faiz pulu donuz əti və yaxud içki kimi deyil. Halal yolla qazanılan pulla haram pulu bir-birindən ayırmaq mümkün deyil. Faiz pulu ancaq faiz alan şəxsə haramdır. Əgər onun özündən başqa insanlara da haram olsaydı, hamımızın cibindəki pullar neçə-neçə qeyri-məşru yollarda işlədilərək bizə gəlib çatdığına görə həmin pullardan istifadə etməyimiz də haram olmalı olardı.

Əsas odur ki, faiz alınmasın; alınıbsa belə, geri qaytarılsın. Lakin müasir dövrdə banklar faizi qaytara bilməzlər. Buna görə də onu yuxarıda qeyd etdiyiniz formada əldən çıxarmaq lazımdır.

Alan şəxs həmin pulun faiz pulu olduğunu bilsə, narahat ola bilər.

Bundan əlavə, sizin faiz aldığınızın bilinməsi də sizin özünüz üçün yaxşı olmaz. Günahların üstünü örtmək lazımdır. Bu səbəbə görə deyilməsə, yaxşı olar. Yoxsa ki, deyilsə də, pulu alan tərəfə haram olmaz.

Buna oxşar bir cavabla aşağıda tanış ola bilərsiniz.

http://www.muselmanlar.com/fitvalar/1083.html

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bir nəfər başqasının adına kredit götürsə, günah kimə yazılır? 11.03.10 520 dəfə oxundu
2 Həftəlik və ya aylıq qızıl günü keçirmək olar? 30.09.11 158 dəfə oxundu
3 Faizin qadağan olmasının səbəbləri 11.12.09 440 dəfə oxundu
4 Bank hesablarımızda özümüz istəmədən yığılan pullar faizdir, yoxsa yox? 11.12.09 401 dəfə oxundu
5 Faiz pulu haqqında sual-cavab 11.12.09 409 dəfə oxundu
6 Ticarətlə məşğul olmaq, nağd pul və kredit məsələləri 11.12.09 549 dəfə oxundu
7 Atalıq haqqı, atanın borcları, kredit və faiz 11.12.09 340 dəfə oxundu
8 Maaşın banka köçməsi və həvəsləndirmə məqsədi daşıyan hədiyyələr 11.12.09 275 dəfə oxundu
9 Bank vasitəsilə mənzil almaq, mortgeyc və lizing sistemləri 12.12.09 558 dəfə oxundu
10 Banklardan kredit götürmək hansı hallarda halaldır? 20.02.10 475 dəfə oxundu
11 Bankların POS cihazlarından tutduğu komissiya haqqı 20.01.10 857 dəfə oxundu
12 Bəzi banklar %0 faizli kredit verirlər. Bu cür kredit götürmək günahdır? 13.03.10 624 dəfə oxundu
13 Həcc üçün kredit 13.03.10 318 dəfə oxundu
14 Bankdan kredit götürüb ev almaq olar? 27.03.10 849 dəfə oxundu
15 Qızılı satan kimi aşağı qiymətlə təzədən almaq düzgündür? 17.12.10 446 dəfə oxundu
16 Mən banklardan kredit götürən adamlara maşın sata bilərəm? 15.04.10 823 dəfə oxundu
17 Kredit kartının borcunu vaxtında köçürməməyin hökmü 03.02.11 306 dəfə oxundu
18 Faiz pulu ilə qaynayan qazandan xörək yemək düzdür? 04.03.11 255 dəfə oxundu
19 Faiz 29.03.10 706 dəfə oxundu
20 Xaricdə mal-mülkə yiyələnmək üçün faiz almaq olar? 12.03.11 234 dəfə oxundu
21 Faizli bankların POS maşınını işlətmək olar? 24.04.11 250 dəfə oxundu
22 Çek xırdalatmaq düzdür? 29.04.11 186 dəfə oxundu
23 Qurana əsasən təkcə ifrat həddə çatan faiz haramdır? 05.05.11 247 dəfə oxundu
24 Başqa bir nəfərə kredit götürməyin hökmü nədir? 12.10.11 148 dəfə oxundu
25 Sabit bir xeyir götürmək üçün pulumu zərgərə verə bilərəm? 26.09.11 170 dəfə oxundu
26 Faiz verməyə məcbur qalanlar da yeyənlər kimi günaha batırlar? 11.01.12 115 dəfə oxundu
27 Kreditsiz sahibkarlıqla məşğul ola bilmirəm. Mən nə edim? 16.01.12 76 dəfə oxundu
28 Səhm alqı-satqısı ilə məşğul olmaq olar? 17.01.12 82 dəfə oxundu
29 Banka pul qoyub faizini nəzir versək, olar? 18.01.12 132 dəfə oxundu
30 Borcunu öz vaxtında qaytarmayan varlı 23.01.12 115 dəfə oxundu
31 Faizlə işləyən bankla faizsiz iş görmək olar? 03.02.12 118 dəfə oxundu