Müselmanlar
Birlikdə işləyən imkanlı ər-arvad bir yerdə həccə getməlidirlər?

Birlikdə işləyən imkanlı ər-arvad bir yerdə həccə getməlidirlər?

Sual: Əgər ər-arvad tarla, bağ, bostan, ofis, fabrik, zavod və sairə kimi yerlərdə birilkdə işləyirlərsə, pulları olduqları vaxt hər ikisi də (birlikdə) həccə getməlidirlərmi?

Cavab: Kişi öz ailəsini saxlamağa borcludur. Qadının qazandığı öz malıdır. Əgər qadın öz qazancından evin ehtiyaclarını ödəmək üçün xərcləyir və bu yolla öz ərinə kömək edirsə, buna görə savab qazanır.

Həccə getmək məsələsinə gəlincə, hansının pulu varsa və sağlamlığı həccə getməyinə əlverişlidirsə, o gedər. Əgər hər ikisi də həccə gedə biləcək qədər imkanlıdırsa, hər ikisi getməlidir. Amma kişinin öz mal-mülkündən (qısacası, pulundan) xərcləyib arvadını həccə aparmaq kimi bir məcburiyyəti yoxdur. Başqa sözlə, ər arvadını həccə aparmağa məcbur deyil. Buna baxmayaraq kişi öz arvadını həccə aparsa, buna görə savab qazanır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin