Cavab: Qurban ibadətini vacib kimi qəbul edən Hənəfi məzhəbinin fikirlərinə əsasən dini cəhətdən səfərdə hesab olunan şəxs qurban kəsməklə məsul deyil. Lakin kəsməyinin də heç bir eybi yoxdur. Qurban kəsmək ibadətini sünnə (müstəhəb) əməl hesab edən digər məzhəblərdə isə bu məsələdə səfərdə olanla oturaq olan arasında heç bir fərq yoxdur.
Hənəfilərin səfər üstündə olanlar üçün belə bir icazədən danışmağı ibadətlərdə məşəqqət və çətinliyi aradan qaldırmaq məqsədi daşıyır. Çünki səfərdə olan insan həm qurbanlıq heyvan tapmaq və onu kəsmək baxımından, həm də kəsilən heyvanın ətini paylamaq cəhətindən o ərazidə yaşayan insanların bildiyi məlumatlara və malik olduqları imkanlara malik olmaya bilər. Bir də ki, səfərdə olan insan zəngin də olsa, əlindəki pulu daha diqqətli və ehtiyatla xərcləməli ola bilər. Lakin indiki dövrdə səyahət şərt və imkanları xeyli dəyişdiyinə görə bu məsələdə digər məzhəblərin fikirlərinə əsasən hərəkət etmək də mümkündür.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: 15 gündən az qalmaq, 90 km, heyvan kəsmək, Hənəfi məzhəbi, muqim, müstəhəb, oturaq, qohum, qurban bayramı, qurban demək, qurban ibadəti, qurban tikəsi paylamaq, səfərdə olmaq, vətən, vətənə qayıtmaq, yola çıxmaq