Müselmanlar
Həccə qəssab kimi getmək və Həccin yerinə yetirilməsi

Həccə qəssab kimi getmək və Həccin yerinə yetirilməsi

Sual: Mən qəssab kimi həccə gedəcəm. Bizə verilən məlumata əsasən qəssabların yarısı səhər saat 6-dan günorta 2-yə qədər, bir qismi də günorta saat 2-dən sonra işləyəcək. Birinci qrup, yəni, səhər saat 6-dan günorta saat 2-yədək işləyən qəssablar həm Müzdəlifədəki vəqfədə, həm də qurban bayramının birinci günü şeytan daşlamaq məsələsində bir sıra çətinliklərlə üzləşəcəklər. Bu halda, Hənəfi məzhəbinə əsasən nə edilməlidir?

Saat 06:00-dan 14:00-a qədər işləyən qəssablar Müzdəlifə vəqfəsini yerinə yetirdikdən sonra birbaşa Minada yerləşən sallaqxanaya gedib işə başlayarlar. Bunlar geydikləri ehramı çıxarmadan saat 14:00-a qədər qurban kəsər, sonra gedib şeytanı daşlar, sonra öz qurbanlarını kəsər, təraş olub ehramdan çıxarlar. Ehramlı ikən başqalarının qurbanlarını kəsməklərinin bir eybi yoxdur.

Əgər ehramlı halda işləmək məhsuldarlığı azaltsa və ehramlı halda işləməyə icazə verilməsə, bu vaxt həmin qəssablar üzrlü hesab olunurlar və sübh namazını gözləmədən Müzdəlifədən Minaya enərlər. Sübh namazından dərhal sonra şeytan daşlayıb Minaya çıxar, təraş olub ehramdan çıxarlar. Beləliklə işə saat 06:00-dan əvvəl başlamış olarlar. Hənəfi məzhəbinə əsasən üzrlü səbəbi olanlar həccin Müzdəlifə vəqfəsi kimi vaciblərini öz üzrlü səbəblərinə görə tərk etsələr, onlara bir şey lazım gəlməz.

Bizi izləyin