Quranda şəfaət anlayışı
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 02 Eylül 2015 Tövsiyə et Çap et

Quranda şəfaət anlayışı

Düz deyiblər ki, kəramət müsəlmanların dünyasını, şəfaət isə axirətini məhv etmişdir. Əslində mənə görə, təkcə müsəlmanlar deyil, bütün insanlar bu iki kəliməni səhv dəyərləndirdikləri üçün eyni aqibətə düçar olublar. Biz mövzumuz ecabı şəfaəti izah etməyə çalışacayıq:

Şəfaət nədir? Quranın şəfaət kəliməsinə verdiyi mənaları bu ayələrdən başa düşmək mümkündür:

مَنْ يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُنْ لَهُ نَصِيبٌ مِنْهَا ۖ وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُنْ لَهُ كِفْلٌ مِنْهَا ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُقِيتًا

“Kim yaxşı bir işə vasitəçilik/şəfaət etsə, ona (bunun) savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər. Allah hər şeyi Qoruyandır.” (Nisə 4/85.)

Bu ayəyə görə şəfaət, yaxşı və ya pis bir işə vasitəçilik etmək və o işin həyata keçməsinə çalışmaq, köməkçi olmaqdır. Klassik düşüncədəki şəfaət anlayışı da bu məna konteksində ələ alınır. Ancaq Quranın şəfaət kəliməsinə verdiyi başqa bir məna da vardır; “cüt olmaq” şəklində bir məna bu ayədən başa düşülür:

وَالشَّفْعِ وَالْوَتْرِ

“And olsun cütə və təkə!” (Fəcr 89/3.)

Deməli, şəfaətin bir mənası da bir bənzərinə əlavə edilən və ya qatılandır (şəfun).[1] Bu halda bir insanın başqa birinə şəfaəti, onun yanına qatılması, bir adam ikən iki adam olması mənasına gəlir. Şəfaət ilə əlaqədar bəzi ayələr bu məzmunda dəyərləndirilə bilər.

Klassik düşüncəyə görə isə şəfaət; axirət günü bir qrup möminlərin bağışlanmaları və bir qrup möminlərin də yüksək dərəcələrə nail olmaları üçün peyğəmbərimizin (s.a.v.) və bəzi böyük şəxslərin (!) uca Allahdan bağışlanma istəmələri və bunun üçün dua etmələridir.[2]

Nə isə ki Quran, vasitəçilik mənasında bir şəfaətin  mümkün olmayacağını və hesab günündə Allahdan başqa (mələklə və peyğəmbərlər də daxil) heç kimin şəfaət edə bilməyəcəyini bildirir:

وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ

“Qorxun o gündən ki, (o vaxt) heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və (günahkarlara) kömək göstərilməyəcəkdir.” (Bəqərə 2/48)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ ۗ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ

“Ey iman gətirənlər! Ticarətin, dostluğun və şəfaətin qeyri-mümkün olduğu gündən [Qiyamət günündən] əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (nankorluq edənlər) isə zalımlardır.” (Bəqərə, 2/254)

وَأَنْذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَنْ يُحْشَرُوا إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُمْ مِنْ دُونِهِ وَلِيٌّ وَلَا شَفِيعٌ لَعَلَّهُمْ يَتَّقُونَ

“Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinsinlər.” (Ənam 6/51)

وَذَرِ الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ وَذَكِّرْ بِهِ أَنْ تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ وَلِيٌّ وَلَا شَفِيعٌ وَإِنْ تَعْدِلْ كُلَّ عَدْلٍ لَا يُؤْخَذْ مِنْهَا ۗ أُولَٰئِكَ الَّذِينَ أُبْسِلُوا بِمَا كَسَبُوا ۖ لَهُمْ شَرَابٌ مِنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ

اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ

“Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları (günahlara) görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır.

Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?” (Ənam 6/70)

قُلْ لِلَّهِ الشَّفَاعَةُ جَمِيعًا ۖ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

“De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”. (Zümər 39/44)

ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ

“Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?

O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!” (İnfitar 82/18-19)

Görüldüyü kimi, əlaqədar ayələr, hesab günündə peyğəmbərlərin və ya başqalarının vasitəçilik/şəfaət edə biləcəyinə dair ən kiçik bir işarə verməməkdədir. Əksinə, belə bir şeyin əsla mümkün ola bilməyəcəyini və hətta şəfaətçi olduğu zənnedilənlərin qorxudan qaçacaqlarını bildirir:

يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ

“O gün insan öz qardaşından, ata-anasından, xanımından və oğullarından qaçacaq! O gün onların işi başlarından aşacaq.” (Əbəsə, 80/34-37)

وَلَقَدْ جِئْتُمُونَا فُرَادَىٰ كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُمْ مَا خَوَّلْنَاكُمْ وَرَاءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَاءَكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاءُ ۚ لَقَدْ تَقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَا كُنْتُمْ تَزْعُمُونَ

“Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, güvəndikləriniz isə sizdən uzaqlaşmışdır.” (Ənam 6/94)

Quran, vasitəçilik edəcək bir şəfaətçinin olmayacağını açıq bir ifadə ilə belə bildirir:

وَيَقُولُونَ هَٰؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

 “… “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.” (Yunus 10/18)

Hesab günündə heç kimin şəfaətçi ola bilməyəcəyini bildirən bu açıq ayələrə baxmayaraq, icazə verilənlər üçün şəfaət ola bilər mənasında başa düşüləcək bəzi ayələr vardır. Klassik şəfaət anlayışını müdafiə edənlərin dəlil olaraq göstərdikləri bu ayələrin bir neçəsi belədir:

وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ

“Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allah icazə verdikdən sonra (Onun) istədiyi və razı qaldığı kimsələrdən başqasına heç bir fayda verməz.” (Nəcm 53/26)

يَوْمَئِذٍ لَا تَنْفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَرَضِيَ لَهُ قَوْلًا

“O gün şəfaət, yalnız Rəhmanın izin verdiyi və sözündən razı qaldığı kəslərə bir fayda verir!” (Ta ha 20/109)

وَلَا تَنْفَعُ الشَّفَاعَةُ عِنْدَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ

“Şəfaət, Onun (Allahın) izin verdiyi kimsələr istisna olmaqla, heç kəsə fayda verməz…”  (Səbə 34/23)

Nümunəsi verilən ayələrdən birincisi axirətdən deyil, dünyadakı vəziyyətdən və Allahın qanunlarından bəhs edər. Çünki ayədə “Göylərdə neçə-neçə mələklər vardır ki,” ifadəsilə, dünyanın hazırkı halından bəhs edilməkdədir.

Son iki ayədəki şəfaət, cəhənnəmə gedib orada cəzasını çəkənlərin çıxarılması və ya bu kəlimənin digər bir mənasını nəzərə alarsaq, cənnətdəki əqrabaların bir-birinin yanına qovuşması kimi başa düşülməlidir. Yəni, bu ayələrin hesab (məhşər) günü ilə əlaqəsi yoxdur. Əgər bir əlaqəsi olsaydı mövzunun başında da nümunəsi verilən və daha nümunəsi verilməyən bir çox ayələrin bir mənası qalmazdı. Məhşər günündə insanları hesaba çəkəcək, şəfaət edəcək, söz deyəcək və hökm verəcək olan təkcə Allah Təaladır:

وَأَنْذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَنْ يُحْشَرُوا إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُمْ مِنْ دُونِهِ وَلِيٌّ وَلَا شَفِيعٌ لَعَلَّهُمْ يَتَّقُونَ

“Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinsinlər.” (Ənam 6/51)

Quranda şəfaətin və axirətdəki hökmün təkcə Allaha məxsus olduğunu bildirən yüzlərlə ayə olmasına baxmayaraq, klassik məzhəb mənsublarının bir çoxu, ayələri öz əqidələrinə uyğun yorumlamaqla, Məkkə müşriklərinin şəfaət anlayışına bənzər bir anlayışa sahib olmuşlar. Hər məzhəb özünə xas xilaskar peyda etmişdir. Dünyada dayıları hesabına səfa sürənlər bu dayılarını axirətə götürmək istəmişlər. Əslində Qurandakı şəfaətlə əlaqədar ayələrin bir çoxu, vaxtilə Məkkə müşriklərinin sahib olduqları şəfaət anlayışlarına bir rəddiyyə olaraq nazil olmuşdur.

Allah Təaladan peyğəmbərimizə “Ən yaxın qohum-əqrəbanı qorxut!” (Şuəra, 26/214) ayəsi nazil olduğu vaxt, Muhəmməd peyğəmbər (s. a. v.) ayağa qalxdı və belə dedi:

“Ey Qüreyş qəbiləsi! Özünüzü xilas etməyə çalışın! Allahın yanında mənim sizə heç bir faydam olmaz! Ey Abdumanaf oğulları, Allah yanında sizə heç bir xeyrim dəyməz! Ey Abdulmüttəlib oğlu Abbas (peyğəmbərin öz əmisi), Allahın hüzurunda mənim sənə heç bir faydam toxunmaz! Ey Səfiyyə (peyğəmbərin bibisi)! Allahın yanında sənə də heç bir xeyrim olmaz! Ey Məhəmmədin qızı Fatimə! Mənim mal-mülkümdən nə istəyirsən istə, ancaq Allahın hüzurunda sənə də heç bir faydam olmaz!” (Buxari, Vəsaya, 11)

 Peyğəmbərimiz əleyhissəlamın məhşər günündə şəfaətçi olacağını və ümmətinin böyük günahlarını əfv edəcəyi iddiasını irəli sürənlərə əslində təkcə bu ayə kifaəyt etməkdədir:

قُلْ لَا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ ۚ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ ۚ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ

 “(Ey Muhəmməd!) De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir ziyan verə bilərəm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm.” (Əraf, 7/188)

Nəticə etibarilə, hesab günündə heç kimin heç kimə bir faydası, vasitəçilik mənasında şəfaəti olmayacaq və hər kəs öz qazandığının qarşılığını görəcəkdir. Nə mələklərin nə də peyğəmbərlərin belə bir səlahiyyəti yoxdur. Heç kim bir digərinin nə günahını nə də savabını üzərinə ala bilməyəcəkdir.[3] Allahın rizasını qazanan möminlər isə, başqalarının deyil, Allahın şəfaətinə nail olacaqlar.

Şəfaətlə əlaqədar digər yazılarımıza da buradan baxa bilərsiniz:

http://www.muselmanlar.com/?s=%C5%9F%C9%99fa%C9%99t

Mənbə: Süleymaniyyə vəqfi elmi-araşdırmalar mərkəzi.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Ömər Nəsuhi Bilmən, Böyük İslam Elmihalı, p. 63/8, 33.

[2] Fəcr 89/3.

[3] Nəcm 53/38-41.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qütblərdə namaz vaxtları 07.02.11 2.274 dəfə oxundu
2 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.068 dəfə oxundu
3 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.845 dəfə oxundu
4 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.790 dəfə oxundu
5 Allahın varlığının riyazi isbatı 15.02.11 5.784 dəfə oxundu
6 Müsəlmanın davranışları 23.09.12 1.823 dəfə oxundu
7 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.230 dəfə oxundu
8 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 449 dəfə oxundu
9 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.408 dəfə oxundu
10 İslamda analara münasibət 19.10.12 2.232 dəfə oxundu
11 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.005 dəfə oxundu
12 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 272 dəfə oxundu
13 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.175 dəfə oxundu
14 Qərbin inkişafının paradiqması 19.02.11 3.329 dəfə oxundu
15 İslamda söyüşə münasibət 19.10.12 1.858 dəfə oxundu
16 QÜTBÜ ƏZƏM 24.03.14 2.418 dəfə oxundu
17 İslamdan İslama qədər 15.10.15 2.496 dəfə oxundu
18 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.357 dəfə oxundu
19 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.632 dəfə oxundu
20 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.310 dəfə oxundu
21 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.689 dəfə oxundu
22 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.164 dəfə oxundu
23 Qurban qətliam deyil! 23.10.12 1.564 dəfə oxundu
24 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.527 dəfə oxundu
25 Ramazan təqvimi 27.06.14 3.657 dəfə oxundu
26 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.415 dəfə oxundu
27 Ad qövmünün həlakı 29.10.12 1.507 dəfə oxundu
28 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.899 dəfə oxundu
29 Din 31.03.10 2.945 dəfə oxundu
30 QƏNDİLLƏR 13.02.11 2.790 dəfə oxundu
31 İslamda qardaşlıq və bərabərlik 10.11.12 2.957 dəfə oxundu
32 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.325 dəfə oxundu
33 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.093 dəfə oxundu
34 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.249 dəfə oxundu
35 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.719 dəfə oxundu
36 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.734 dəfə oxundu
37 Ağıl işlətmək 24.04.10 3.165 dəfə oxundu
38 Quranda şəfaət anlayışı 02.09.15 1.724 dəfə oxundu
39 İslam ümumbəşəri dindir 16.11.12 1.609 dəfə oxundu
40 Nəbi və Rəsul 18.12.13 1.709 dəfə oxundu
41 Məşiət və iradə 05.07.09 3.193 dəfə oxundu
42 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.167 dəfə oxundu
43 Qəza-qədər məsələsi 24.02.13 3.943 dəfə oxundu
44 Sədəqə malı azaltmır 19.01.14 1.509 dəfə oxundu
45 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.423 dəfə oxundu
46 Quranın ecazı 21.11.11 9.103 dəfə oxundu
47 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.503 dəfə oxundu
48 Lə İlahə İlləllah 20.02.14 2.609 dəfə oxundu
49 Ramazanda Quran oxumaq 29.07.10 5.423 dəfə oxundu
50 Quran ayəli telefon zəngləri 18.01.12 2.742 dəfə oxundu
51 İslam dinində məhbuslara münasibət 24.03.13 1.656 dəfə oxundu
52 Təsbih və Zikr 29.04.16 1.235 dəfə oxundu
53 Pir və ziyarətgahlar 07.12.10 17.237 dəfə oxundu
54 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.540 dəfə oxundu
55 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.515 dəfə oxundu
56 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.028 dəfə oxundu
57 Zəmzəm suyunun sirləri 12.12.10 5.261 dəfə oxundu
58 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.139 dəfə oxundu
59 Həzrəti Hüseynin ölümünə sevinmək? 14.05.13 2.477 dəfə oxundu
60 Novruzla əlaqədar məlumatlar 21.03.15 2.931 dəfə oxundu
61 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.397 dəfə oxundu
62 Əsl kafir kimdir? 21.07.12 8.781 dəfə oxundu
63 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.811 dəfə oxundu
64 Tövhid 24.09.16 3.241 dəfə oxundu