Qədir Xum hadisəsinin həqiqətləri
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 07 Haziran 2013 Tövsiyə et Çap et

Qədir Xum hadisəsinin həqiqətləri

Bu gün bəzi insanların “Qədir Xum bayramı” kimi qeyd etdikləri hadisə ilə bağlı müxtəlif versiyalar ortaya atılır. Bəli, İslam tarixində Qədir Xumla bağlı hadisə baş verib. Əfsuslar olsun ki, bu hadisə sonralar müxtəlif qruplar tərəfindən çox fərqli məqsədlər üçün istifadə edilib və edilir.

Belə ki, Qədir-Xum adlanan yerdə Rəsulullah (s) Əlinin (r) xəlifəliyini elan etmək üçün deyil, karvanın istirahət etməsi üçün dayanmışdı. Çünki həmin dövrdə Məkkə ilə Mədinə arasındakı yolu karvanlar 10 gündən çox vaxt ərzində qət edirdilər. Allah Rəsulu (s) da həmin yoldan istifadə edərkən istirahət məqsədilə bir neçə dəfə dayanmışdı.

Həmin dayanılan yerlərdən biri Qədir Xum adlanan ərazidir. “Vida Həcci”ndən qayıdan on minlərlə müsəlmanların əksəriyyəti Məkkə şəhərindən təxminən 250 km. uzaqlıqda yerləşən Qədir Xuma çatanda artıq bir-birilərindən ayrılaraq, öz qəbilələrinin yanına qayıtmışdılar. Peyğəmbərin yanında qalanlar isə əsasən Mədinə şəhərindən onunla birlikdə gedənlər idi. Onların sayının isə bəzilərinin iddia etdiyi kimi 120 min deyil, on minə yaxın olduğu bildirilir.

Rəsulullah (s) Vida Həccində artıq ömrünün son günlərini yaşadığını hiss etmişdi. Buna görə də, imkan olan kimi müsəlmanlarla daha çox söhbət edirdi. Lakin Qədir Xumda Allah Rəsulunun Əli ilə bağlı “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” (bu sözə edilən əlavələrin Peyğəmbərə istinad edilən uydurma olduğu bildirilir) söyləməsinin əsas səbəbi Yəmən hadisələri ilə bağlı (burada qənimətlərin paylanması zamanı narazılıqlar ortaya çıxmışdı) bəzi səhabələrin Əliyə (r) qarşı münasibətlərində incikliyin yaranması idi. Peyğəmbər (s) xütbə əsnasında Əlini (r) yanına çağırıb, onu özünün mövlası, dostu olduğunu bildirdi ki, səhabələri arasında yaranmış narazılıq aradan qalxsın.

Bəziləri isə Allah Rəsulunun “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” ifadəsindəki “mövla” sözünü “özündən sonra xəlifə elan etməsi” kimi qeyd edirlər. Əgər Peyğəmbər (s) bu sözü qeyd etsəydi, əlbəttə ki, Rəsulullahın vəfatından sonra Əli (r) xəlifə olardı və heç kim də bu məsələdə ona mane ola bilməzdi. Çünki heç kəs Əlini qorxaqlıqda ittiham edə bilməzdi. Hamı onun qəhrəmanlığına da, şücaətinə də bələd idi.

Rəsulullah (s) Qədir Xum adlanan yerdə söylədiyi bu sözlə qətiyyən xəlifəliyi nəzərdə tutmayıb. Hədisin mətnində də buna dəlalət edən heç bir açıq ifadə yoxdur. Belə əhəmiyyətli olan bir məsələnin aydın şəkildə bildirilməsi lazım deyildimi?

“Mövla” sözünün Ərəb dilində 30-a yaxın mənası var. Bu kəlmənin əsli ilə bağlı olan “Vəliyy” sözü Uca Allahın adlarından biridir. Burada həmin söz Allahla bağlı olduğu üçün “kömək edən, bütün işlərin sahibi, mülkün yiyəsi” və s. kimi mənalara gəlir. Allahın adlarından biri olmaqla yanaşı, bu söz “nigahda şahidlik edən, bəndə, məhəbbət, dost, yaxın” kimi mənalarda işlədilir. Hədisdə qeyd edilən həmin ifadə də “dost” mənasındadır. Bu söz Quranda da qeyd etdiymiz mənada işlədilir.

Uca Allah Quranda belə buyurur:

“Sizin dostunuz (haminiz) ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir” (Maidə surəsi, 55).

Ayədən də aydın olur ki, möminlər Allahın dostlarıdır. Onlar öz aralarında da bir-birlərinin dostlarıdır.

Allah, Onun Rəsulu və Əlinin möminlərə mövla (dost) olmalarının mənası düşmənçiliyin ziddi olan dostluqdur. Əli (r) də möminlərin böyüklərindən olub və o, möminləri sevdiyi kimi, müsəlmanlar da onu sevir və dost qəbul edirlər. Bunda heç bir şübhə yoxdur, ola da bilməz.

Rəsulullah (s) başqa bir hədisində də belə buyurub:

“Əsləm, Muzəynə, Cuheynə, Qureyş qəbilələri və ənsar insanlar arasında mənə ən yaxın dostlardır. Onların Allah və Rəsulundan başqa dostları yoxdur”.

İndi onlar da xəlifələrdir?

İddia edilənin əksinə olaraq “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı (Quranı) təbliğ et” (“Maidə” surəsi, 67) mənasındakı ayə İslam dininin başlanğıcında nazil olub. Bu ayənin isə Əlinin (r) xəlifəliyi ilə heç bir əlaqəsi yoxdur.

Müəllif: Hüseyn Əliyev

Mənbə: islam.com.az (05/06/2013)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.882 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ramazan təqvimi 27.06.14 3.667 dəfə oxundu
2 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.425 dəfə oxundu
3 Ad qövmünün həlakı 29.10.12 1.518 dəfə oxundu
4 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.960 dəfə oxundu
5 Din 31.03.10 2.986 dəfə oxundu
6 QƏNDİLLƏR 13.02.11 2.823 dəfə oxundu
7 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.347 dəfə oxundu
8 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.343 dəfə oxundu
9 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.116 dəfə oxundu
10 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.290 dəfə oxundu
11 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.741 dəfə oxundu
12 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.774 dəfə oxundu
13 Ağıl işlətmək 24.04.10 3.211 dəfə oxundu
14 Quranda şəfaət anlayışı 02.09.15 1.867 dəfə oxundu
15 İslam ümumbəşəri dindir 16.11.12 1.621 dəfə oxundu
16 Nəbi və Rəsul 18.12.13 1.750 dəfə oxundu
17 Məşiət və iradə 05.07.09 3.213 dəfə oxundu
18 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.462 dəfə oxundu
19 Qəza-qədər məsələsi 24.02.13 4.088 dəfə oxundu
20 Sədəqə malı azaltmır 19.01.14 1.530 dəfə oxundu
21 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.449 dəfə oxundu
22 Quranın ecazı 21.11.11 9.123 dəfə oxundu
23 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.515 dəfə oxundu
24 Lə İlahə İlləllah 20.02.14 2.722 dəfə oxundu
25 Ramazanda Quran oxumaq 29.07.10 5.522 dəfə oxundu
26 Quran ayəli telefon zəngləri 18.01.12 2.830 dəfə oxundu
27 İslam dinində məhbuslara münasibət 24.03.13 1.692 dəfə oxundu
28 Təsbih və Zikr 29.04.16 1.373 dəfə oxundu
29 Pir və ziyarətgahlar 07.12.10 19.792 dəfə oxundu
30 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.592 dəfə oxundu
31 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.550 dəfə oxundu
32 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.139 dəfə oxundu
33 Zəmzəm suyunun sirləri 12.12.10 5.551 dəfə oxundu
34 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.232 dəfə oxundu
35 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.565 dəfə oxundu
36 Novruzla əlaqədar məlumatlar 21.03.15 3.139 dəfə oxundu
37 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.414 dəfə oxundu
38 Əsl kafir kimdir? 21.07.12 9.144 dəfə oxundu
39 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.980 dəfə oxundu
40 Tövhid 24.09.16 4.576 dəfə oxundu
41 Qütblərdə namaz vaxtları 07.02.11 2.283 dəfə oxundu
42 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.206 dəfə oxundu
43 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.882 dəfə oxundu
44 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.025 dəfə oxundu
45 Allahın varlığının riyazi isbatı 15.02.11 5.948 dəfə oxundu
46 Müsəlmanın davranışları 23.09.12 1.856 dəfə oxundu
47 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.437 dəfə oxundu
48 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 490 dəfə oxundu
49 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.415 dəfə oxundu
50 İslamda analara münasibət 19.10.12 2.341 dəfə oxundu
51 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.035 dəfə oxundu
52 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 741 dəfə oxundu
53 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.194 dəfə oxundu
54 Qərbin inkişafının paradiqması 19.02.11 3.356 dəfə oxundu
55 İslamda söyüşə münasibət 19.10.12 1.893 dəfə oxundu
56 QÜTBÜ ƏZƏM 24.03.14 2.451 dəfə oxundu
57 Müaviyə kimdi? 10.08.18 413 dəfə oxundu
58 İslamdan İslama qədər 15.10.15 2.654 dəfə oxundu
59 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.361 dəfə oxundu
60 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.654 dəfə oxundu
61 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.337 dəfə oxundu
62 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 340 dəfə oxundu
63 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.702 dəfə oxundu
64 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.168 dəfə oxundu
65 Qurban qətliam deyil! 23.10.12 1.590 dəfə oxundu
66 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.548 dəfə oxundu
67 Коран и культурное развитие. 30.01.19 229 dəfə oxundu