“Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 03 Mart 2013 Tövsiyə et Çap et

Şeyx Əhməd vəsiyyətnaməsi əfsanəsi

İslam dünyasında nə vaxt bir böhran ortaya çıxsa, ortalığa “ Şeyx Əhmədin vəsiyyəti” deyilən qərib bir mətn yayılır. Adı və kimliyi məlum olmayan birinin gördüyü yuxuya əsaslanaraq –bir mənada uydurma hədis emal edilməsi- mətnin mühtəvasina cazibə qatır amma nəticədə bu risalələrin əsl propaqanda əsəri olduğu və Müsəlmanlar arasında zehni qarışıqlıq törətmək məqsədi daşıdığı şüphəsizdir.

“Spam” adı verilən hərkəsə uyğun, kimə müraciət edildiyi məlum olmayan, qeyri-şəxsi məktublar internet xəbərləşməsinin sevilməz sifətlərindən birini təşkil edir. Uydurma adres və kimlik əldə etmənin uşaq oyuncağı olduğu bu texnalogiyada, bir düyməyə toxunmaq sürətiylə daha əvvəlcədən listələnmiş minlərlə adama bir neçə saniyədə mahiyəti bilinməyən məktub və mesajlar göndərmək mümkündür.

Bu gün sizə müntəzəm olmayan aralıqlarla göndərilən xəyali propaqanda cinsindən olan bir “spam”dan bəhs etmək istəyirəm.

Şeyx Əhmədin hekayəsi

Adı “Şeyx Əhmədin vəsiyyəti”. Şeyx Əhməd deyə adlanan adam, bəzən Əfəndimizin (s.a.) Mədinədəki qəbrinin türbədarıdır, bəzən də məscidin xətibi olur. Nə vaxt yaşadığı, tarixi bir kimliyə sahib olub-olmadığı bilinmir. İslam dünyasında nə vaxt bir kriz ortaya çıxsa, ortalığa “Şeyx Əhmədin vəsiyyəti” deyilən bu qəribə mətn yayılır. Məsələn I-ci Dünya Müharibəsində hələ internet xəbərləşməsi olmadığı üçün bu qərib məktub, “şapiroqraf” teknologiyası ilə çoxaldılaraq əl altından sağa-sola dağıdılırdı. Bunlardan bir nüsxəni, rəhmətli xalamın Əhmədiyyə, Kəsik Baş Dastanı, Məvlid-i Şərif, və Yunus Divanı kimi kitab və risalələri saxladığı qara üzüm sandığında gördüyümü xatırlayıram.

“Üç gün günəş tutulacaq!”

Vəsiyyətnamənin klassikləşmiş axıcı bir mətn sxemi vardır. Buna görə Şeyx Əhməd bir cümə gecəsi namazdan sonra yuxuya dalar və yuxusunda Hərəm-i Şərif tərəfindən “ Ya Şeyx Əhməd” deyə bir nida gəlir. “Ləbbəyk” nidasıyla o səsə doğru yönələn Şeyx Əhməd, Əfəndimizin özüylə qarşılaşır və onun ağzından Şeyx Əhmədə bəzi mesajlar verilir. Məsələn dünən internet vasitəsiylə göndərilən son vəsiyyətnamədə bu tema işlənməkdəydi: “Keçən cümədən bu cüməyə 16 min insan öldü. Arasından bir tək müsəlman çıxmadı”. Ardından klassikləşmiş ifadələr, “Gələnlərin əməl dəftərlərini qara və sol əlində gördüm. Ya Şeyx Əhməd!… Əvvəlcə ata-analarına asi oldular və zəkatlarını vermədilər. Hacı olub haram yeməyi adət etdilər. Hərkəs nəfsindən başqa bir şey fikirləşmədi. Üzlərində həya qalmadı. Ya Şeyx Əhməd!… Mənim ümmətimə xəbər eylə. Elədikləri günahlarından tövbə və istiğfar etsinlər.” Daha sonra bir kəhanət ifadəsi yer alır, “Çox yaxın bir zamanda, 3 gecə günəş tutulacaq. 3 gündən sonra qərbdən doğub, şərqdə batacaq. Quran-ı Kərim insanların gözünə görünməyəcəkdir. Ən axırda isə hədələmə fəslinə gəlirik. “Ya Şeyx Əhməd, ümmətimə xəbər ver, qüdrət qələmiylə hər kim bu vəsiyyətnaməni bir kənddən o bir kəndə, bir qəsəbədən o bir qəsəbəyə, bir şəhərdən o bir şəhərə, bir dövlətdən o bir dövlətə göndərirsə hüzur-u məhşərdə günahları bağışlanır. Əfəndimizi (s.a.) şəhxi halı ilə görmüş olur. Kim vəsiyyətnaməni eşidib yazmazsa, bir kəndə və ya başqa bir yerə göndərməzsə üzü qara olsun.”

150 illik bir risalə

Bu mətn bilindiyi qədəriylə təxminən 150 ildən bu yana İslam aləmində dövran edir. İndi məsələyə ən səlahiyyətli kələmlərdən birinə müraciətlə elmi aydınlıq gətirmənin vaxtıdır. Müstəsna tarixçilərimizdən Prof. Dr. Əli Birinci, “Tarix Yolunda-Yaxın Mazinin Siyasi və Fikri Əhvalı” adlı əsərində (Dərgah yayınları, İst., 2001, s.246 vd) hər dövrdə qadağan edilmiş bir risalə olaraq “Vəsiyyətnamə” haqqında ətraflı məlumat verir. Buna görə mətn ilk dəfə 1896 (1314) ilində görüldü və o anda qadağan olmasına baxmayaraq xalq arasında böyük rəğbət gördü. “Xalq İslamı” nəzdində ən çox oxunan üç-beş əsər arasında yer aldı. Çox keçməddən Vəsiyyətnamənin ərəbcə nüsxəsi Misirdə də nəşr edildi və yayıldı. Müəllifi məlum olmayan bu əsər, medya sahəsində də həmişə sərt tənqidlərə və qalmaqallara yol açdı: Zamanla bir çox yazıçılar bu risalə əleyhinə çoxlu məqalə yazdılar. Yaxın tarixdə Hürriyyət yazarı Oqtay Ekşi, 17 Avqust zəlzələsi sabahı Şeyx Əhməd vəsiyyətində gördüyü “ Zəlzələdə 16 min adam öldü, bunların arasından Müsəlman çıxmadı” ifadəsinə qarşı haqlı olaraq qəzəblənmişdi. (Hürriyyət, 29.9.1999).

Şeyx Əhməd internetdə

Risalənin Türkiyə Cumhuriyyəti dövründə iki dəfə daha (1956 və 1982) nəşr edildiyini öyrənmək artıq qəribə deyildi. Çünki vəsiyyətnamə mətni, özəyini qorumaqla bərabər günün aktual hadisələrinə görə dəyişdirilə bilməkdə və Əfəndimizin ağzından günün hadisələrini yorumlayaraq dini biliyi zəif fəqət saf qəlbli müsəlmanlar üzərində təsirli olmaqdadır. Son beş-altı ildən bu yana risalənin özünə media olaraq interneti seçməsi də əlavə bir köməkdir.

Risalənin kim və ya kimlər tərəfindən tərtibləndiyini təsbit etmək çətindir. Qəti dəlil olmamaqla bərabər risalənin əvvəlcə ingilis və ya Rus istehbaratı tərəfindən qələmə alındığı, sonrakı nəşrlərində əhvala uyğun olaraq mühtəvasının təzələndiyi ehtimal olunur.

Bu qədər avam olmağa haqqımız varmı?

Şeyx Əhməd Vəsiyyətnaməsinin 150 il boyunca təzələnən bir mətin olaraq saf Müsəlman könüllər üzərində göstərdiyi təsiri təsəvvür etmək mümkündür. Çünki bu mətn Əfəndimizin ağzından aktual hadisələr haqqında bir xəbərdarlıq mahiyyəti daşıyır. Adı və kimliyi belə məlum olmayan birinin gördüyü yuxuya əsaslanaraq, bir mənada uydurma hədis emal edilməsi, mətnin mühtəvasına cazibə qatır amma nəticədə bu risalələrin əsl propaqanda əsəri olduğu və Müsəlmanlar arasında zehni qarışıqlıq törətmək məqsədi daşıdığı şüphəsizdir. 150 il boyunca saf könüllü müsəlmanların, “ Kütub-i Sittə” kimi güvənilən Hədis məcmualarından istifadə etmək yerinə uydurma olduğu şüphəsiz olan propaqanda risalələrinə etibar etməsi də, uzun uzadı üzərində durulması lazım olan bir acınacaqlı mövzudur.

Ələlxüsus, çoxaldılması və başqalarına da çatdırılması haqqında lənət hökümləri də ehtiva edən bu üzü qara mətnlərə əsla etibar edilməməsi lazım olduğunu sizə xəbər vermiş olduq.

Əhməd Turan Alkan, Aksiyon Dərgisi, sayı 533 -21.022.2005.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.503 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İslamdan İslama qədər 15.10.15 2.496 dəfə oxundu
2 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.357 dəfə oxundu
3 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.632 dəfə oxundu
4 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.310 dəfə oxundu
5 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.689 dəfə oxundu
6 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.164 dəfə oxundu
7 Qurban qətliam deyil! 23.10.12 1.564 dəfə oxundu
8 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.527 dəfə oxundu
9 Ramazan təqvimi 27.06.14 3.657 dəfə oxundu
10 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.415 dəfə oxundu
11 Ad qövmünün həlakı 29.10.12 1.507 dəfə oxundu
12 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.899 dəfə oxundu
13 Din 31.03.10 2.945 dəfə oxundu
14 QƏNDİLLƏR 13.02.11 2.790 dəfə oxundu
15 İslamda qardaşlıq və bərabərlik 10.11.12 2.957 dəfə oxundu
16 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.325 dəfə oxundu
17 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.093 dəfə oxundu
18 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.249 dəfə oxundu
19 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.719 dəfə oxundu
20 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.734 dəfə oxundu
21 Ağıl işlətmək 24.04.10 3.165 dəfə oxundu
22 Quranda şəfaət anlayışı 02.09.15 1.724 dəfə oxundu
23 İslam ümumbəşəri dindir 16.11.12 1.609 dəfə oxundu
24 Nəbi və Rəsul 18.12.13 1.709 dəfə oxundu
25 Məşiət və iradə 05.07.09 3.193 dəfə oxundu
26 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.167 dəfə oxundu
27 Qəza-qədər məsələsi 24.02.13 3.943 dəfə oxundu
28 Sədəqə malı azaltmır 19.01.14 1.509 dəfə oxundu
29 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.423 dəfə oxundu
30 Quranın ecazı 21.11.11 9.103 dəfə oxundu
31 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.503 dəfə oxundu
32 Lə İlahə İlləllah 20.02.14 2.609 dəfə oxundu
33 Ramazanda Quran oxumaq 29.07.10 5.423 dəfə oxundu
34 Quran ayəli telefon zəngləri 18.01.12 2.742 dəfə oxundu
35 İslam dinində məhbuslara münasibət 24.03.13 1.656 dəfə oxundu
36 Təsbih və Zikr 29.04.16 1.235 dəfə oxundu
37 Pir və ziyarətgahlar 07.12.10 17.237 dəfə oxundu
38 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.540 dəfə oxundu
39 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.515 dəfə oxundu
40 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.028 dəfə oxundu
41 Zəmzəm suyunun sirləri 12.12.10 5.261 dəfə oxundu
42 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.139 dəfə oxundu
43 Həzrəti Hüseynin ölümünə sevinmək? 14.05.13 2.477 dəfə oxundu
44 Novruzla əlaqədar məlumatlar 21.03.15 2.931 dəfə oxundu
45 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.397 dəfə oxundu
46 Əsl kafir kimdir? 21.07.12 8.781 dəfə oxundu
47 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.811 dəfə oxundu
48 Tövhid 24.09.16 3.241 dəfə oxundu
49 Qütblərdə namaz vaxtları 07.02.11 2.274 dəfə oxundu
50 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.068 dəfə oxundu
51 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.845 dəfə oxundu
52 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.790 dəfə oxundu
53 Allahın varlığının riyazi isbatı 15.02.11 5.784 dəfə oxundu
54 Müsəlmanın davranışları 23.09.12 1.823 dəfə oxundu
55 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.230 dəfə oxundu
56 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 449 dəfə oxundu
57 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.408 dəfə oxundu
58 İslamda analara münasibət 19.10.12 2.232 dəfə oxundu
59 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.005 dəfə oxundu
60 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 272 dəfə oxundu
61 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.175 dəfə oxundu
62 Qərbin inkişafının paradiqması 19.02.11 3.329 dəfə oxundu
63 İslamda söyüşə münasibət 19.10.12 1.858 dəfə oxundu
64 QÜTBÜ ƏZƏM 24.03.14 2.418 dəfə oxundu