Ad qövmünün həlakı
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 29 Ekim 2012 Tövsiyə et Çap et

Ad qövmünün həlakı

Ad tayfasının həlak olmasının təfsilatlı belədir. Uca Allah buyurur:

“Onu vadilərinə tərəf üz tutub gələn bir bulud şəklində gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. Hud isə onlara belə dedi: “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!” («Əhqaf» surəsi, 24).

Bu əlamət baş verəcək əzabın başlanğıcı idi. Onlar aclıq və quraqlıq dönəmi yaşayırdılar. Yağışın yağması üçün dua edirdilər. Onlar səmada buludları gördükdə onun xeyirli və bərəkətli yağış olduğunu zənn etdilər. Amma bu bir əzab yağışı idi.

Uca Allah buyurur:

“Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir…” Yəni, əzabın tez gəlməsini istəyirdiniz, o da gəldi. Onların istəyi bu ayədə qeyd olunur:

“Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir görək!” («Əhqaf» surəsi, 22). Eyni məzmunlu ayə «Əraf» surəsində də deyilir.

əl-Haris əl-Bəkri deyir ki: “əl-Əla ibn əl-Hədramidən Peyğəmbərə (s) şikayət etmək üçün səfərə çıxmışdım. Rabzə adlı yerdən keçdikdə Bənu Təmim qəbiləsindən olan, tərk edilmiş yaşlı bir qadına rastladım. Qadın dedi: “Ey Allah bəndəsi! Mənim Peyğəmbərlə (s) işim var, sən məni onun yanına apara bilərsənmi?”

Mən onu özümlə götürüb Mədinəyə gəldim. Məscid adam ilə dolu idi. Qara rəngli bayraq da dalğalanırdı. Bilal isə qılıncına sarılmış halda Peyğəmbərin (s) önündə dururdu.

Mən dedim: “İnsanlara nə olub?”

Mənə dedilər ki: “Peyğəmbər (s) Amr ibn əl-Ası döyüşə göndərmək istəyir”.

Mən bir qədər oturdum. Peyğəmbər (s) evinə daxil olduqda onun yanına daxil olmaq üçün izin aldım. O, mənə içəri daxil olmaq üçün icazə verdi. Mən içəri daxil olub salam verdim. Peyğəmbər (s) dedi: “Sizinlə Bənu Təmim qəbiləsi arasında nə isə baş verib?”

Mən dedim: “Bəli. Biz onlara qalib gəlmişdik. Yolda Bənu Təmimdən olan, tərk edilmiş bir qoca qadın gördüm. O, məndən onu sənin yanına gətirməyimi xahiş etdi. O, hal-hazırda qapıdadır”. Peyğəmbər (s) onun içəri daxil olmasına icazə verdi və qadın içəri daxil oldu.

Mən dedim: “Ey Allahın elçisi, əgər bizimlə Bənu Təmim arasında sərhəd qoymaq istəyirsənsə, bunu Dəhnadan et. Bu yer bizim idi”.

Qoca qadın qeyrət edib hərəkətləndi və dedi: “Ey Allahın elçisi! Sən biçarəni hara məcbur edəcəksən?” Mən dedim: “Mənim məsəlim, “qatilini doğan keçi!” – timsalındadır. Mən bu qadını özümlə daşımışam, amma onun düşmənim olduğunu hiss etməmişəm. Mən Ad tayfasından olan qonaq kimi olmaqdan Allaha və rəsuluna sığınıram”.1 Peyğəmbər (s) dedi: “Dayan görüm! Ad tayfasından olan qonaq kimdir?” Peyğəmbər (s) hadisəni yaxşı bilirdi, sadəcə məndən söz alırdı.

Mən dedim: “Ad tayfası quraqlıq dövrü yaşayırdılar. Onlar “Qəyl” adlı bir nəfəri qonaq göndərdilər. O, Muaviyə ibn Bəkr adlı bir nəfərə rastladı və bir ay onun yanında qaldı. Ev sahibi ona şərab verir, “İki çəyirtkə” ləqəbli iki qadın da onun üçün mahnı oxuyurdu. Bir ay keçdikdən sonra (“Qəyl”) Təhamə dağlarının üzərinə çıxdı və dedi: «Ey Allahım! Sən bilirsən ki, mən nə xəstə müalicə etməyə, nə də əsir azad etməyə gəlmişəm! Ey Allahım, Ada verəcəyin yağışı yağdır». Bu zaman onun başı üzərindən qara buludlar ötməyə başladı.

Oradan: “birini seç!” – deyə nida gəldi. O da qara bir buluda işarə etdi. Buluddan: “Onu kül olaraq götür, Ad tayfasından heç kəsi sağ qoyma”! – deyə nida gəldi. Bildiyim qədər onlara yalnız mənim üzüyümdən keçən qədər külək göndərilmiş və bununla onlar həlak olmuşdular”.2

Əbu Vail (adlı rəvayətçi) deyir: “O (Amr ibn əl-As), doğru danışır. Onlar kişi və ya qadın qonaq göndərdikdə belə deyərdilər: “Sən də Ad tayfasının qonağı kimi olma”.3

İbn Cərir ət-Təbəri və digər bir çox təfsir alimləri bu hadisə haqqında danışarkən eyni rəvayəti və hadisəni qeyd ediblər.

Mənbə: din.az

Ad qövmü haqqında məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/4596.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Peyğəmbərə sığınmaq, yəni bu işdən uzaq olmasına dair peyğəmbəri şahid tutmaq mənasındadır. []
  2. Səhabə burada demək istəyir ki, Ad qövmü bir nəfəri onlar üçün dua etməyə göndərmişdi. Amma o onlar üçün gedib əzab gətirmişdi. Mən də bu qadını yolda qalmasın deyə gətirmişəm, indi bu da başıma bəla olub. []
  3. Səhihdir. Əhməd: 3/482; Tirmizi: № 3273; № 3274; İbn Macə: № 2816. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.518 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.118 dəfə oxundu
2 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.294 dəfə oxundu
3 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.742 dəfə oxundu
4 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.775 dəfə oxundu
5 Ağıl işlətmək 24.04.10 3.215 dəfə oxundu
6 Quranda şəfaət anlayışı 02.09.15 1.881 dəfə oxundu
7 İslam ümumbəşəri dindir 16.11.12 1.622 dəfə oxundu
8 Nəbi və Rəsul 18.12.13 1.756 dəfə oxundu
9 Məşiət və iradə 05.07.09 3.214 dəfə oxundu
10 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.492 dəfə oxundu
11 Qəza-qədər məsələsi 24.02.13 4.110 dəfə oxundu
12 Sədəqə malı azaltmır 19.01.14 1.531 dəfə oxundu
13 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.453 dəfə oxundu
14 Quranın ecazı 21.11.11 9.124 dəfə oxundu
15 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.538 dəfə oxundu
16 Lə İlahə İlləllah 20.02.14 2.741 dəfə oxundu
17 Ramazanda Quran oxumaq 29.07.10 5.525 dəfə oxundu
18 Quran ayəli telefon zəngləri 18.01.12 2.830 dəfə oxundu
19 İslam dinində məhbuslara münasibət 24.03.13 1.698 dəfə oxundu
20 Təsbih və Zikr 29.04.16 1.392 dəfə oxundu
21 Pir və ziyarətgahlar 07.12.10 20.215 dəfə oxundu
22 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.601 dəfə oxundu
23 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.556 dəfə oxundu
24 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.147 dəfə oxundu
25 Zəmzəm suyunun sirləri 12.12.10 5.572 dəfə oxundu
26 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.238 dəfə oxundu
27 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.569 dəfə oxundu
28 Novruzla əlaqədar məlumatlar 21.03.15 3.155 dəfə oxundu
29 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.417 dəfə oxundu
30 Əsl kafir kimdir? 21.07.12 9.190 dəfə oxundu
31 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 3.004 dəfə oxundu
32 Tövhid 24.09.16 4.766 dəfə oxundu
33 Qütblərdə namaz vaxtları 07.02.11 2.283 dəfə oxundu
34 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.220 dəfə oxundu
35 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.886 dəfə oxundu
36 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.102 dəfə oxundu
37 Allahın varlığının riyazi isbatı 15.02.11 5.967 dəfə oxundu
38 Müsəlmanın davranışları 23.09.12 1.862 dəfə oxundu
39 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.444 dəfə oxundu
40 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 492 dəfə oxundu
41 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.415 dəfə oxundu
42 İslamda analara münasibət 19.10.12 2.355 dəfə oxundu
43 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.036 dəfə oxundu
44 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 801 dəfə oxundu
45 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.195 dəfə oxundu
46 Qərbin inkişafının paradiqması 19.02.11 3.356 dəfə oxundu
47 İslamda söyüşə münasibət 19.10.12 1.898 dəfə oxundu
48 QÜTBÜ ƏZƏM 24.03.14 2.457 dəfə oxundu
49 Müaviyə kimdi? 10.08.18 445 dəfə oxundu
50 İslamdan İslama qədər 15.10.15 2.675 dəfə oxundu
51 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.362 dəfə oxundu
52 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.671 dəfə oxundu
53 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.337 dəfə oxundu
54 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 347 dəfə oxundu
55 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.704 dəfə oxundu
56 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.168 dəfə oxundu
57 Qurban qətliam deyil! 23.10.12 1.602 dəfə oxundu
58 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.548 dəfə oxundu
59 Коран и культурное развитие. 30.01.19 233 dəfə oxundu
60 Ramazan təqvimi 27.06.14 3.667 dəfə oxundu
61 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.425 dəfə oxundu
62 Ad qövmünün həlakı 29.10.12 1.518 dəfə oxundu
63 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.966 dəfə oxundu
64 Din 31.03.10 2.990 dəfə oxundu
65 QƏNDİLLƏR 13.02.11 2.825 dəfə oxundu
66 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.382 dəfə oxundu
67 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.347 dəfə oxundu