Qurban qətliam deyil!
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 23 Ekim 2012 Tövsiyə et Çap et

Qurban qətliam deyil!

İslamın iki əsas bayramından biri olan Qurban bayramına çox az qalıb. Hər il Qurban bayramında keçən illərə nisbətən canlanma artıq özünü göstərir. Hətta mətbuatda da bu məsələ ilə bağlı yazıların sayı artır. “Qurban qətliamdır”, “keçmişdən qalma adətdir”, “Quranda qan tökmək yoxdur” və s. kimi mövzuları yazmaqla yenilik etdiyini düşünənlər yalnız bu məsələləri bilməyənləri aldada və yalnız onların gözündə “yenilikci” imici qazana bilərlər. Bu sahədə az da olsa məlumatı olanlar artıq bilir ki, bunlar çeynənmiş və çürük iddialardır.

Qurbanın qətliam olduğunu iddia edənlər bunu ya məlumatsızlıqdan, ya imanın zəifliyindən, ya da şöhrət sevdasından edirlər. Bilməzlikdən belə danışanlara məsələni izah etmək çətin olmadığı halda bu fikri qəsdən ortaya atanların etirazını aradan qaldırmaq heç də asan deyil. Çünki bu populist düşüncəli insanların məqsədi məsələni başa düşmək və ya başa salmaq yox, insanları inandığı dəyərlərdən qoparmaq və diqqəti özlərinə cəlb etməkdir.

Qurbanın qətliam olduğunu söyləyənlər görəsən, həftə ərzində ailəsinə neçə kilo ət alır? Ümumiyyətlə, hər gün qəssabların nə qədər mal-heyvan kəsdiyini bilirlərmi? Gün ərzində ölkədə neçə heyvanın kəsilib yeyildiyindən xəbərləri varmı? Görəsən, bunlar qətliam olmadığı halda Allahın buyurduğu ibadəti yerinə yetirmək niyə qətliamdır?

Bu cür düşüncə sahiblərinin məntiqindən çıxış etsək, onda belə alınır ki, hər gün beş dəfə namaz qılanlar da “vaxt cəlladları”dır, yəni vaxtlarını “mənasız” yerə “öldürürlər?” Oruc tutanlar da mazoxistlər, intiharçılardır, çünki özlərinə əziyyət verirlər? Belə düşünmək sadəcə olaraq axmaqlıq olardı.

Bəziləri iddia edir ki, Qurban bayramı günü qəssabların bayramıdır. Ancaq bunu anlamaq lazımdır ki, Qurban bayramı təkcə qəssabların yox və məhz qəssabların yox, imkanlı-imkansız bütün müsəlmanların bayramıdır. İmkansızların bayramıdır, ona görə ki, doyunca ət yeyə bilirlər. İmkanlıların bayramıdır, çünki Allahın onlara verdiyi nemətlə üzərlərinə düşən bir borcu yerinə yetirir, kasıbları sevindirirlər.

Qəssabların necə bayramı ola bilər ki, həmin günlərdə imkanlılar diri heyvan alıb kəsdirir və həmin ətlərin əksəriyyətini ayrı vaxt nisyə ət almaq üçün növbəyə duran insanlara pulsuz-parasız paylayırlar? Həm qurban kəsən, həm də qurban payı verilən bir adam bir neçə gün ət almadığı halda bu bayram qəssabların bayramı necə ola bilər?

Bayram günlərində qurban kəsilən heyvanların sayı başqa günlərdə kəsilənlərin sayı qədər olmadığı halda bunu necə qətliam saymaq olar? Gülməyən üzlərin güldürülməsi, məcburi vegeterianlıq günləri yaşayanların sevindirilməsi nə vaxtdan qətliamdır? Kolbasa-sosiska sexlərində, broylerlərdə kəsilən heyvanları qətliam hesab etməyənlər ibadət məqsədilə kəsilənlər üçün nəyə görə belə hay-həşir qoparır görəsən? Bu cür düşünən insanlar müxtəlif heyvanların ətini yeyərkən cinayət etdiklərini fikirləşirmi, yoxsa qəfildən diksinib göy-göyərti ilə kifayətlənirlər?

Qısası, Qurban bayramında kəsilən bu heyvanlar dünyanın ən nadir tapılan və nəsilləri tükənmək üzrə olan heyvanları olmadığı halda “qətliamdır” deyib səs-küy salanları başa düşmək çox çətindir…

Qurban ibadəti imkansızla imkanlının arasındakı uçurumu aradan qaldıran, varlılara paylaşma hissini aşılayan, kasıbların həsəd hissini öldürən, sosial yardımlaşmanı insanlar arasında canlandıran, ictimai həyata tarazlıq gətirən, maddi aləmlə mənəvi həyat arasına körpü salan bir ibadətdir. Allah bütün qurbanları qəbul etsin!

Müəllif: Elşad Miri (ilahiyyatçı alim)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.571 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.103 dəfə oxundu
2 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.256 dəfə oxundu
3 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.726 dəfə oxundu
4 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.743 dəfə oxundu
5 Ağıl işlətmək 24.04.10 3.174 dəfə oxundu
6 Quranda şəfaət anlayışı 02.09.15 1.759 dəfə oxundu
7 İslam ümumbəşəri dindir 16.11.12 1.610 dəfə oxundu
8 Nəbi və Rəsul 18.12.13 1.716 dəfə oxundu
9 Məşiət və iradə 05.07.09 3.198 dəfə oxundu
10 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.242 dəfə oxundu
11 Qəza-qədər məsələsi 24.02.13 3.973 dəfə oxundu
12 Sədəqə malı azaltmır 19.01.14 1.513 dəfə oxundu
13 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.429 dəfə oxundu
14 Quranın ecazı 21.11.11 9.106 dəfə oxundu
15 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.507 dəfə oxundu
16 Lə İlahə İlləllah 20.02.14 2.642 dəfə oxundu
17 Ramazanda Quran oxumaq 29.07.10 5.436 dəfə oxundu
18 Quran ayəli telefon zəngləri 18.01.12 2.761 dəfə oxundu
19 İslam dinində məhbuslara münasibət 24.03.13 1.658 dəfə oxundu
20 Təsbih və Zikr 29.04.16 1.260 dəfə oxundu
21 Pir və ziyarətgahlar 07.12.10 17.974 dəfə oxundu
22 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.544 dəfə oxundu
23 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.520 dəfə oxundu
24 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.061 dəfə oxundu
25 Zəmzəm suyunun sirləri 12.12.10 5.280 dəfə oxundu
26 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.161 dəfə oxundu
27 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.529 dəfə oxundu
28 Novruzla əlaqədar məlumatlar 21.03.15 2.945 dəfə oxundu
29 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.399 dəfə oxundu
30 Əsl kafir kimdir? 21.07.12 8.871 dəfə oxundu
31 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.857 dəfə oxundu
32 Tövhid 24.09.16 3.497 dəfə oxundu
33 Qütblərdə namaz vaxtları 07.02.11 2.276 dəfə oxundu
34 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.092 dəfə oxundu
35 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.860 dəfə oxundu
36 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.830 dəfə oxundu
37 Allahın varlığının riyazi isbatı 15.02.11 5.827 dəfə oxundu
38 Müsəlmanın davranışları 23.09.12 1.831 dəfə oxundu
39 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.290 dəfə oxundu
40 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 452 dəfə oxundu
41 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.409 dəfə oxundu
42 İslamda analara münasibət 19.10.12 2.254 dəfə oxundu
43 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.010 dəfə oxundu
44 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 346 dəfə oxundu
45 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.177 dəfə oxundu
46 Qərbin inkişafının paradiqması 19.02.11 3.336 dəfə oxundu
47 İslamda söyüşə münasibət 19.10.12 1.867 dəfə oxundu
48 QÜTBÜ ƏZƏM 24.03.14 2.425 dəfə oxundu
49 Müaviyə kimdi? 10.08.18 228 dəfə oxundu
50 İslamdan İslama qədər 15.10.15 2.527 dəfə oxundu
51 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.358 dəfə oxundu
52 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.645 dəfə oxundu
53 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.314 dəfə oxundu
54 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 108 dəfə oxundu
55 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.690 dəfə oxundu
56 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.167 dəfə oxundu
57 Qurban qətliam deyil! 23.10.12 1.571 dəfə oxundu
58 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.533 dəfə oxundu
59 Ramazan təqvimi 27.06.14 3.658 dəfə oxundu
60 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.419 dəfə oxundu
61 Ad qövmünün həlakı 29.10.12 1.513 dəfə oxundu
62 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.909 dəfə oxundu
63 Din 31.03.10 2.957 dəfə oxundu
64 QƏNDİLLƏR 13.02.11 2.795 dəfə oxundu
65 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.040 dəfə oxundu
66 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.336 dəfə oxundu