Qurbanın maddi və mənəvi əhəmiyyəti
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 19 Ekim 2012 Tövsiyə et Çap et

Qurbanın maddi və mənəvi əhəmiyyəti

Allahın yaratdığı hər şey tam və mükəmməl olduğu kimi, bizə lütf etdiyi İslam dini də tam və nöqsansızdır. Dinimizdəki bütün ibadətlərin həm maddi, həm də mənəvi hədəfləri vardır. Bu səbəblə dinimizdə tək tərəfli bir şey yoxdur. Bir müsəlmanın bədəni ruhuna necə bağlı isə əməli imanına, dünyası axirətinə o cür bağlı olmalıdır. Əks təqdirdə inandığı da, elədiyi də, topladığı da ona bir fayda verməyəcəkdir. O cümlədən insana maddi görünüşdən və qan tökməkdən ibarətmiş  kimi görünən qurban bayramının da maddi və mənəvi hikmətləri vardır. Bunların əsaslarından bir neçəsini ifadə etməkdə fayda vardır:

– Bir kərə bu ibadət forması insanlıq tarixi qədər qədimdir. Allah tərəfindən İslam ümmətinə də bayram olaraq daxil edilib davam etdirilməsi bu ibadətin nə qədər əhəmiyyətli olduğunu göstərir. Quranda bu haqda deyilir:

“Biz Allahın adını xatırlasınlar deyə, hər ümmətə qurban kəsməyi tapşırdıq” (Hacc 22/34).

– Qurban etmək insanın inandığına, sevdiyinə sədaqətin, təslimiyyətin bir ifadəsidir. Minnətdarlığın əməli formalarından biri də deyə bilərik. Allah Təala Peyğəmbərimizə:

“Rəbbin üçün namaz qıl və qurban kəs” (Kəvsər 108/2) buyurur.

–  İbadətdə gördüyümüz işlərin əhəmiyyətinin qalıcı olması onun mənəviyyatına bağlıdır. Yəni nə üçün və hansı niyyətlə elədiyindən asılıdır. Müsəlman bunu Allahın rizasını əldə etməklə qazanır. Quranı Kərimdə Allah bu mövzuda bizə İbrahimin (a. s.) duasını və sədaqətini nümunə göstərir:

“De ki, şübhəsiz mənim namazım, qurbanım, həyatım və ölümüm hamısı aləmlərin Rəbbi Allah üçündür.” (əl-Ənam 6/162)

– Qurban etmək insanın inandığına fədakarlığın, şükr etmənin bir ifadəsidir. Bəndənin, Allahın verdiyi saysız-hesabsız nemətlərinə qarşılıq yerinə yetirdiyi dini bir ritualdır. Razı qalmanın feli (əməli) formasıdır. Allah bu barədə:

“Elə bu heyvanları şükr edəsiniz deyə, sizin istifadənizə verdik.” ( əl-Hacc 22/36)

– Qurban etmə ictimai birliyi və ünsiyyəti canlandırır. O cümlədən varlı ilə fağır arasındakı buzların əriməsinə səbəb olur. Kasıbların, yetimlərin qayğısına qalmaq, acları doyurmaq İslamın ana qayələrindən və Allahın ən xoş gördüyü davranışlardandır. Allah cömərtlik vəsfinin cüzi bir parçasını bəndələrinin üzərində görmək istəyir. Müsəlman bu davranışı ilə Rəbbinə yaxınlaşmağı ümid edər ki, qurbanın bir mənası da bunu ifadə edir.

– Müsəlman elədiyi işin qarşılığını sadəcə dünyada görəcəyinə inanan insan deyildir. O eyni zamanda elədiklərinin hesabını axirətdə görəcəyinə inanan insandır. Bu inancı onu göstərişdən, riyakarlıqdan qoruyur, səmimiyyətini artırır. Bu səbəblə səvab işlərini, xeyirxahlığını artırmaq istəyir. Allah Təala da bu istəklərini yerinə gətirmək istəyənlərə bir çox səbəblər lütf edər ki, bunların ən mühümlərindən biri də qurbandır.

Qurban bütün səvablar, ibadətlər kimi qanuni, halal yollarla yerinə yetirilməlidir. Haram yollarla nə bir ibadət, nə də qurban qəbul edilir. Halal qazancla əldə edilən, sənə aid olan bir malın Allah yolunda verilməsinə qurban deyilir. Allah Təala Quranı Kərimdə bu haqda belə deyir:

“Allah ancaq müttəqi1 olanlardan qəbul edər” (Maidə 5/27)

– Əgər bir cəmiyyətdə, ailədə yaşayırıqsa, ona qarşı vəzifələrimiz, məsuliyyətimiz olacaqdır. Yalnız öz hesablarını, mənfəətlərini güdən, keyfinə görə yaşayanların bir gün Allahın hüzurunda hesab verəcəklərində şübhə yoxdur. Müsəlman bu şüurda olduğu üçün cəmiyyətə qarşı faydalı, məsuliyyətli olmağa çalışır. Ac qoymaqdan qorxar, haqq yeməkdən, zülm etməkdən, yalandan, yaltaqlıqdan, oğurluqdan, zinadan, öldürməkdən, haqsızlıqdan və bütün pisliklərdən qorxar. Allahdan qorxmaq budur. Ondan qorxmağımız insan olmağımızı, dürüst olmağımızı qoruyur. Əslində Allahın qorxmağımıza, sevməyimizə və ibadətimizə ehtiyacı yoxdur. Buna bizim ehtiyacımız vardır. Belə ki, qurbandan axan qanın, yeyilən ətin Allaha bir faydası yoxdur. Qurbandan biz faydalanırıq, həm özümüzün həm də başqalarının qarnını doyururuq, üstəlik bu əməlimizə qarşılıq səvab əldə edirik. Quranı Kərimdə deyilir:

“Qurbanlarınızın qanları da, ətləri də Allaha çatmaz; fəqət Ona sizin təqvanız2 çatır.” (əl-Hacc 37)

– Qurbanın sadəcə maddi deyil, mənəvi əhəmiyyətindən biri də insanın xeyirxah işlərdə əldə etdiyi mənəvi həzzi, hüzurudur. Necə ki, bədənin rahatlığı maddi ehtiyaclardan, sağlıqdan asılı isə, ruhun rahatlığı da xeyirxahlığa, səvab işlərə bağlıdır. İnsan hər ikisini əldə etdiyi zaman zövq alır. Yoxsa heyvandan fərqi olmaz.

– Qurban etmənin əhəmiyyəti sadəcə xeyirxah düşüncələr və əməllərlə bitməz, batil (səhv, xətalı) düşüncə və əməllərin də qarşısını alır. Belə ki, tarix boyu insanların heyvanlara qarşı hissi davranışları, onların qeyri-adi olmasına, ibadət edilməsinə gətirib çıxarmışdır. Bilavasitə qurban etmə, bu heyvanların qeyri-adi, ibadət ediləcək varlıqlar olmadığını, Allahın onlardan faydalanmağımız üçün xidmətimizə verdiyi simvolik ritualıdır. Bu ritual heyvanların insanlar üzərindəki qeyri-adi təsirini qırmaq və onların da digər varlıqlar kimi aciz olduğunu və həqiqi mahiyyətinin nədən ibarət olduğunu göstərməkdir. Bu barədə Allah Təala Quranda belə buyurur:

“Sizi doğru yola nail etdikdən sonra Allahı uca tutasınız deyə, bu heyvanları sizin istifadənizə verdi. Yaxşı davrananları müjdələ.” (əl-Hacc 22/37)

– Qurban etmə insanları şirkdən uzaqlaşdırmada da vasitədir. Bildiyiniz kimi, İslam dini tövhidə əsaslanır. İnanc və ibadətlərimizdə Allahdan başqasını ortaya qoymaq sirkə aparır. Təəssüf ki, keçmişdən günümüzə qədər insanlar inanc və ibadətlərinin çoxunda Allaha şərik qoşduqları kimi, qurbanda da şərik qoşmuşlar. Pirlərə, cinlərə, ziyarətlərə, bütlərə və s. inandıqlarına qurbanlar kəsmişlər. Peyğəmbərimiz (s.a.v.) belələrinə bəd dua etmişdir:

“Allahdan başqası adına heyvan kəsənə Allah lənət etsin”3

– Qurban etmə ictimai yöndən “Əmri bil-məruf nəhy anil-münkər” (Yaxşılığı əmr etmək, pislikdən uzaqlaşdırmaq) ibadətinə bənzəyir. Bilavasitə Prof. Dr. A. Bayındır qurban kəsmənin müsəlman ümmətinə fərz olduğunu ifadə etmişdir. Qurban kəsən fərz səvabını alır, ancaq digər fərzlərdən fərqli olaraq yerinə yetirilmədiyi təqdirdə cəza almaz. Necə ki, əmr bil-mərufda da gücü yetməyən günaha girmədiyi kimi, qurban kəsə bilməyən də günaha girməz. Lakin gücü yetənlərdən məsuliyyət qalxmaz.

Nəticə olaraq, qurban etmənin hikmətləri çoxdur. Cümləmi İslamın insana verdiyi şüurla bitirmək istəyirəm: İnananlar nəinki heyvanını, hətta hər şeyini Allah üçün qurban etməyi gözə alırlar. İnanmayanlar isə hər şeyin və hər kəsin özünə qurban olmasını istəyirlər.

Hazırladı: Mülayimov Aydın

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Allahdan çox qorxan, Ona yaxın olan. Məsuliyyət daşıyan. []
  2. Allaha olan bağlılıq, qorxu, sevgi. []
  3. Müslim, “Ədahi” 43-45, Əhməd ibn Hənbəl “Müsnəd” I. s.108. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.628 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.399 dəfə oxundu
2 İslamda analara münasibət 19.10.12 2.199 dəfə oxundu
3 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.000 dəfə oxundu
4 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 105 dəfə oxundu
5 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.168 dəfə oxundu
6 Qərbin inkişafının paradiqması 19.02.11 3.320 dəfə oxundu
7 İslamda söyüşə münasibət 19.10.12 1.840 dəfə oxundu
8 QÜTBÜ ƏZƏM 24.03.14 2.403 dəfə oxundu
9 İslamdan İslama qədər 15.10.15 2.460 dəfə oxundu
10 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.355 dəfə oxundu
11 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.628 dəfə oxundu
12 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.306 dəfə oxundu
13 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.688 dəfə oxundu
14 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.162 dəfə oxundu
15 Qurban qətliam deyil! 23.10.12 1.564 dəfə oxundu
16 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.524 dəfə oxundu
17 Ramazan təqvimi 27.06.14 3.648 dəfə oxundu
18 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.413 dəfə oxundu
19 Ad qövmünün həlakı 29.10.12 1.506 dəfə oxundu
20 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.870 dəfə oxundu
21 Din 31.03.10 2.929 dəfə oxundu
22 QƏNDİLLƏR 13.02.11 2.775 dəfə oxundu
23 İslamda qardaşlıq və bərabərlik 10.11.12 2.829 dəfə oxundu
24 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.316 dəfə oxundu
25 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.092 dəfə oxundu
26 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.222 dəfə oxundu
27 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.711 dəfə oxundu
28 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.729 dəfə oxundu
29 Ağıl işlətmək 24.04.10 3.154 dəfə oxundu
30 Quranda şəfaət anlayışı 02.09.15 1.679 dəfə oxundu
31 İslam ümumbəşəri dindir 16.11.12 1.607 dəfə oxundu
32 Nəbi və Rəsul 18.12.13 1.697 dəfə oxundu
33 Məşiət və iradə 05.07.09 3.189 dəfə oxundu
34 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.025 dəfə oxundu
35 Qəza-qədər məsələsi 24.02.13 3.894 dəfə oxundu
36 Sədəqə malı azaltmır 19.01.14 1.504 dəfə oxundu
37 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.419 dəfə oxundu
38 Quranın ecazı 21.11.11 9.090 dəfə oxundu
39 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.497 dəfə oxundu
40 Lə İlahə İlləllah 20.02.14 2.585 dəfə oxundu
41 Ramazanda Quran oxumaq 29.07.10 5.275 dəfə oxundu
42 Quran ayəli telefon zəngləri 18.01.12 2.705 dəfə oxundu
43 İslam dinində məhbuslara münasibət 24.03.13 1.645 dəfə oxundu
44 Təsbih və Zikr 29.04.16 1.178 dəfə oxundu
45 Pir və ziyarətgahlar 07.12.10 16.396 dəfə oxundu
46 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.528 dəfə oxundu
47 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.507 dəfə oxundu
48 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 1.997 dəfə oxundu
49 Zəmzəm suyunun sirləri 12.12.10 5.207 dəfə oxundu
50 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.103 dəfə oxundu
51 Həzrəti Hüseynin ölümünə sevinmək? 14.05.13 2.462 dəfə oxundu
52 Novruzla əlaqədar məlumatlar 21.03.15 2.742 dəfə oxundu
53 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.389 dəfə oxundu
54 Əsl kafir kimdir? 21.07.12 8.635 dəfə oxundu
55 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.751 dəfə oxundu
56 Tövhid 24.09.16 2.788 dəfə oxundu
57 Qütblərdə namaz vaxtları 07.02.11 2.268 dəfə oxundu
58 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.012 dəfə oxundu
59 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.838 dəfə oxundu
60 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 1.711 dəfə oxundu
61 Allahın varlığının riyazi isbatı 15.02.11 5.704 dəfə oxundu
62 Müsəlmanın davranışları 23.09.12 1.814 dəfə oxundu
63 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.053 dəfə oxundu
64 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 425 dəfə oxundu