İslamda analara münasibət
Müsəlmanlar > Düşüncə sahəsi > Sizdən gələnlər Tarix: 19 Ekim 2012 Tövsiyə et Çap et

İslamda analara münasibət

Azərbaycan dilində övladı olan qadına ana deyilir. Ana məhəbbəti, Mehriban ana, Anasına bax, qızını al! Öz balalarına nisbətən heyvan, balası olan heyvana balası olduğu üçün özünə anası deyilir. Quzular analarını əmirlər. Yaşlı qadına müraciət etdikdə də bizdə ana sözü işlənir. Ana, bir az su verin. Bir şeyin əsas qismi, kökü mənasında da ana sözü işlənir. Məsələn: Ana çay, Ana zoğ, Ana dili və s.

“Umm” sözü ərəb-dilində “uşağın özündən doğulduğu qadın (validə) kimi məşhur mənasından başqa daha ümumi olaraq, hər hansısa bir əşyanın başlanğıcında və ya varlığında, yetişdirilməsində və yaxşılaşdırılmasında əsas ünsürü ifadə edir. Məşhur Ərəb dilçi-alimi Xəlil ibn Əhməd əl-Fərahidinin fikrincə hər hansısa bir məsələdə daha sonra gələnlərin özünə bağlı olduğu hər bir şeyə “umm” deyilir. Necə ki, bütün elmlərin qaynağı olan Lövhü-Məhfuza “Ummul-Kitab” deyilmişdir.1 “Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır. O, ucadır, hikmətlə doludur.” (Zuхruf surəsi, 4).

Qurani-Kərimdə ana sözünün əvəzinə validə sözü də işlənmişdir. Validə sözü bir çox ayələrdə keçir. Əhzab surəsinin 6-cı ayəsində Muhəmməd peyğəmbərin xanımları möminlərin anaları olaraq göstərilmişdir. Ayəni oxuyaq:

“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun övrətləri (möminlərin) analarıdır.” (Əhzab surəsi, 6).

İslam hüququna görə ana baxımından bir uşağın nəsəbi, özünü dünyaya gətirən qadına nisbət edilir. Buna görə də başqa bir şərtə ehtiyac olmadığı kimi bir qadının dünyaya gətirdiyi, doğduğu uşağı rədd etməsi mümkün deyil.

Ana insanın dünyaya gəlməsi üçün böyük bir səbəbdir. Dünyaya gəlməyimizdə böyük əziyyətləri olan analarımızın haqqını nə qədər etsək də, ödəyə bilmərik. Ananın haqqının böyük olmasını Allahın Rəsulu belə xəbər vermişdir:

İbrahim ibn Abdullah əl-Həkəmi, Muhamməd bin Abdullah əl-Ənsaridən, Əbu Asim ən-Nəbildən (Allah hamısından razı olsun), dedilər:

– Bizə Bəhz ibn Həkim atasından, o da babasından belə dedi:

– Dedim:

– Ya Rəsulullah! Kimə daha çox yaxşılıq edim?

Dedi:

– Anana!

Dedim:

– Sonra kimə?

Dedi:

– Sonra anana! Sonra atana! Sonra daha yaxından olanlara, sonra ondan sonra olan yaxınlarına!

Gördüyümüz kimi Allahın Rəsulu (с) anamıza xüsusi olaraq iki dəfə diqqət yetirməyimizi bizə tövsiyə edir. Əlbəttə, atanın haqqı da böyükdür və bu yazıda sadəcə anaya aid fəziləti qeyd etdim.

Müəllif: Əkrəm Həsənov (ilahiyyatçı alim)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Rağib əl-İsfahani, əl-Mufradat. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.281 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Allahın varlığının riyazi isbatı 15.02.11 5.881 dəfə oxundu
2 Müsəlmanın ətraf mühitə münasibəti 09.06.12 1.437 dəfə oxundu
3 Müxtəlif dinlərdə oruc 08.06.12 1.748 dəfə oxundu
4 Qərbin inkişafının paradiqması 19.02.11 3.343 dəfə oxundu
5 Hicab məsələsi 04.01.11 5.808 dəfə oxundu
6 Düzgün əqidə məsələsi 13.06.12 1.684 dəfə oxundu
7 Ramazan ayı və Ramazan orucu 17.06.12 1.941 dəfə oxundu
8 İslamda analara münasibət 19.10.12 2.281 dəfə oxundu
9 Sosial dövlət prinsipi və istehlakçı mədəniyyətli toplum 12.12.12 1.160 dəfə oxundu
10 Səhmdar(lıq) və dar sərmayə 08.01.13 1.118 dəfə oxundu
11 Ağılın pərdələndiyi Pavelçilik və Quran inancı 05.02.13 1.121 dəfə oxundu
12 İnananlar arasındakı fərq. 19.08.15 961 dəfə oxundu
13 Müsəlmanlıq: Mistika, yoxsa gerçək yaşam şərtləri? 01.04.13 1.299 dəfə oxundu
14 İslamda zarafatlaşmağa münasibət 09.06.13 5.458 dəfə oxundu
15 Mən qəşəng deyiləm, nə etməliyəm? 08.06.16 1.340 dəfə oxundu
16 Nifaqın növləri 11.06.12 2.004 dəfə oxundu
17 İslam aləmi niyə bu gündədi? 02.01.17 827 dəfə oxundu