Ərlə arvadın sirrini açmaq
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 03 Nisan 2012 Tövsiyə et Çap et

Ərlə arvadın sirrini açmaq

Evlilik iki vücudun və iki qəlbin birləşməsidir. Bu addımı atıb həyatlarını birləşdirməyə qərar verən insanlar böyük bir məsuliyyəti öz üzərilərinə götürüblər. Bu da onların bir ömür boyu hansı zamanda və hansı şəraitdə olmalarından asılı olmayaraq, Uca Allahın buyurduğu kimi bir-birilərinə qarşı libas, örtük kimi yaxın olmaları deməkdir. Libas vücuda necə ən yaxın olandırsa, eləcə də qadın ərinə və ər də qadınına yaxın olmalıdır. Necə ki, libas insanın bütün gözəlliyini və eyni zamanda qüsurlarını gizləyir, kişi və qadın da bir-birinin özəlliklərini, nöqsanlarını başqalarının bilməsindən qorumalıdır. Bundan başqa, libas vücudu qızmar günəşin yandırıcı, zərərli şüalarından necə müdafiə edirsə, eləcə də onlar bir-birini cəhənnəmin odundan, yandırıcı əzabından qorumalıdır. Uca Allahın buyurduğu kimi “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” («Təhrim» surəsi, 6).

Demək ki, arvad əri, ər də arvadı üçün cəhənnəmdən qorunmağa qarşı bir sipər rolunu oynamalıdır. Həmçinin, libas insanı cismən soyuqdan qoruduğu kimi, bu cütlük də bir-birini tənhalığın, sevgisizliyin, biganəliyin soyuq nəfəsini hiss etməkdən və depressiyalara düşməkdən qorumalıdır. Çünki hər kəs öz həyat yoldaşını özü ilə bir əmanət olaraq daşıyır.

Ən əsası, libas vücudu gizlədiyi kimi, kişi və qadın da bir-birinin sirlərini qorumalı və başqalarından gizləməlidir.

Demək ki, Uca Allah Quranda ər və arvad haqqında “libas” kəlməsini işlətməklə həm onların bir-birinə ən yaxın kəslər olduğunu bəyan edir, həm də bir-birlərinin nöqsan və eyiblərini insanı istidən, soyuqdan, məhrəm olan gözdən qoruyan, onun ayıblarını örtən, həm də hər zaman zinəti, yaraşığı hesab etdiyi libası kimi ört-basdır etmələrini buyurur. Və əlbəttə ki, ən doğrusunu da Allah bilir.

Peyğəmbər (s) hər kəsi bu əməldən çəkindirib. Bəs Rəsulullahın (s) pislədiyi bu əməlin-qadınla kişinin arasındakı sirri açmağın fəsadları nə ola bilər?

Əvvəla, bütün müsəlmanların, eləcə də, ərlə arvadın sirri bir-birinə əmanətdir. Əmanətə xəyanətsə münafiqliyin əlamətidir. Ərinin sirrini açan qadın və ya xanımının sirrini yayan kişi ona bunu hansı üzlə etiraf edib halallıq istəyə biləcək?

Ümumiyyətlə, halallıq tələb olunan günahları etməzdən öncə mütləq düşünməliyik – halalığı necə alacağam? Axı, bu növ günahlara tövbə belə kifayət etmir. Həm də tövbə bir peşmançılıq əlaməti olmaqla bu günaha bir daha qayıtmamaq deməkdir. Bu isə halallaşmanın məsuliyyətindən bizi xilas etmir.

İkincisi, haqqında danışılan söhbəti öyrənən qadın və ya ər bu söhbətdən sonra yaranmış soyuq münasibətlərdən yox olan səmimiyyəti, etibarı necə geri qaytara və ya necə bərpa edə bilər?

Üstəlik bu, dünənə qədər möhkəm hesab etdiyi, onu qarşı bağlayan tellərin qırılmasına, ona bəslədiyi hisslərin sönüb-getməsinə, psixoloji sarsıntılara və ümumiyyətlə, öz həyatına olan marağının itməsinə aparıb çıxarmayacaqmı?

Üçüncüsü, yanında başqasının xanımının və ya ərinin sirri açılan, özəlliyi; nazı, işvəsi, çəkisi, görkəmi təqdim olunan, gizli məqamları üzə çıxaran söhbətlər günahkar nəfsdə ona qarşı (maraq) iştiyaqın yaranmasına səbəb ola bilər, ona çatmaq istər. Nə yolla olursa-olsun, onu yaxından görmək istər, başqasının məhrəminə nəfsi keçər, nəfsi də onu yüyənsiz at kimi hansı səmtə istəsə aparar. Ərinin və ya xanımının sirrini yayan şəxs, beləcə, hər üçünü fəlakətə sürüklər, uçuruma təslim edər.

Hələ bu sirri yaymanın həsədçinin həsəd aparmasına, bədnəzərin nəzər obyektinə çevrilməsinə səbəb olmasından dolayı yaranan fəsadları demirik.

İslamın qətiyyətlə pislədiyi günahlardan biri də ərlə arvadın yaxınlıq etdikdən sonra sirlərini açmalarıdır. Peyğəmbər (s) buyurub: “Qiyamət günü Allah dərgahında insanların ən şərliləri qadını ilə yaxınlıq etdikdən sonra, sirrini başqasının yanında danışandır” (Səhih Muslim 3615).

Uca Allah buyurur: “Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və öz mallarından sərf etməsinə görədir. Əməlisaleh qadınlar itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah Ucadır, Böyükdür!” (“Nisə» surəsi, 34).

Müəllif: Ramil Soltanov

MƏNBƏ: http://www.islam.com.az/modules/news/article.php?storyid=1130 (tarix: 03 aprel 2012-ci il)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.232 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ramazanda Quran oxumaq 29.07.10 5.522 dəfə oxundu
2 Quran ayəli telefon zəngləri 18.01.12 2.830 dəfə oxundu
3 İslam dinində məhbuslara münasibət 24.03.13 1.692 dəfə oxundu
4 Təsbih və Zikr 29.04.16 1.373 dəfə oxundu
5 Pir və ziyarətgahlar 07.12.10 19.791 dəfə oxundu
6 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.592 dəfə oxundu
7 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.550 dəfə oxundu
8 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.139 dəfə oxundu
9 Zəmzəm suyunun sirləri 12.12.10 5.551 dəfə oxundu
10 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.232 dəfə oxundu
11 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.565 dəfə oxundu
12 Novruzla əlaqədar məlumatlar 21.03.15 3.139 dəfə oxundu
13 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.414 dəfə oxundu
14 Əsl kafir kimdir? 21.07.12 9.144 dəfə oxundu
15 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.980 dəfə oxundu
16 Tövhid 24.09.16 4.576 dəfə oxundu
17 Qütblərdə namaz vaxtları 07.02.11 2.283 dəfə oxundu
18 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.206 dəfə oxundu
19 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.882 dəfə oxundu
20 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.025 dəfə oxundu
21 Allahın varlığının riyazi isbatı 15.02.11 5.948 dəfə oxundu
22 Müsəlmanın davranışları 23.09.12 1.856 dəfə oxundu
23 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.437 dəfə oxundu
24 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 490 dəfə oxundu
25 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.415 dəfə oxundu
26 İslamda analara münasibət 19.10.12 2.341 dəfə oxundu
27 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.035 dəfə oxundu
28 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 741 dəfə oxundu
29 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.194 dəfə oxundu
30 Qərbin inkişafının paradiqması 19.02.11 3.356 dəfə oxundu
31 İslamda söyüşə münasibət 19.10.12 1.893 dəfə oxundu
32 QÜTBÜ ƏZƏM 24.03.14 2.451 dəfə oxundu
33 Müaviyə kimdi? 10.08.18 413 dəfə oxundu
34 İslamdan İslama qədər 15.10.15 2.654 dəfə oxundu
35 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.361 dəfə oxundu
36 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.654 dəfə oxundu
37 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.337 dəfə oxundu
38 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 340 dəfə oxundu
39 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.702 dəfə oxundu
40 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.168 dəfə oxundu
41 Qurban qətliam deyil! 23.10.12 1.590 dəfə oxundu
42 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.548 dəfə oxundu
43 Коран и культурное развитие. 30.01.19 229 dəfə oxundu
44 Ramazan təqvimi 27.06.14 3.667 dəfə oxundu
45 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.425 dəfə oxundu
46 Ad qövmünün həlakı 29.10.12 1.518 dəfə oxundu
47 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.960 dəfə oxundu
48 Din 31.03.10 2.986 dəfə oxundu
49 QƏNDİLLƏR 13.02.11 2.823 dəfə oxundu
50 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.347 dəfə oxundu
51 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.343 dəfə oxundu
52 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.116 dəfə oxundu
53 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.290 dəfə oxundu
54 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.741 dəfə oxundu
55 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.774 dəfə oxundu
56 Ağıl işlətmək 24.04.10 3.211 dəfə oxundu
57 Quranda şəfaət anlayışı 02.09.15 1.867 dəfə oxundu
58 İslam ümumbəşəri dindir 16.11.12 1.621 dəfə oxundu
59 Nəbi və Rəsul 18.12.13 1.750 dəfə oxundu
60 Məşiət və iradə 05.07.09 3.213 dəfə oxundu
61 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.462 dəfə oxundu
62 Qəza-qədər məsələsi 24.02.13 4.088 dəfə oxundu
63 Sədəqə malı azaltmır 19.01.14 1.530 dəfə oxundu
64 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.449 dəfə oxundu
65 Quranın ecazı 21.11.11 9.123 dəfə oxundu
66 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.515 dəfə oxundu
67 Lə İlahə İlləllah 20.02.14 2.722 dəfə oxundu