Quran ayəli telefon zəngləri
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 18 Ocak 2012 Tövsiyə et Çap et

QURAN AYƏLİ TELEFON ZƏNGLƏRİ
Müəllif: Elşad Miri

və «halal simkartlar» ölkəsi…

Böyük kənd halına gələn dünyamızın bizə azlıq edən sutkasından bir anlıq vaxt taparaq tanışlarla yığışıb söhbət edirdik. Hamının gündəmini təşkil etdiyi kimi bizim də söhbətimizin axarı dini məsələrə gəldi. Fikirlərimizi bölüşdük. Razılaşdığımız da oldu, razılaşmadığımız da… İmzasına və şəxsinə hörmət etdiyim həmsöhbətlərimdən birinin kinayəli bir fikrindən sonra bu haqda yazmaq qərarına gəldim. Söhbətin məğzini isə Səudiyyə Ərəbistanının din alimlərinin Quran ayələrini telefon zəngi kimi istifadə edilməsinin doğru olmaması ilə bağlı verdikləri hökm təşkil edirdi.

Qeyd edim ki, ölkənin baş müftisi Şeyx Əbduləzizin rəhbərliyi ilə aparılan müzakirələrdən sonra alimlər ayələrin telefon zəngi kimi istifadəsinin Allah sözünə hörmətsizlik olduğunu bildiriblər. Bildirək ki, ayələrin mobil telefonumuzda zəng səsi kimi istifadə etməyimiz Qurana sayğısızlıq olduğu kimi, eyni alətlə internetə girərək halal olmayan işlərlə məşğul olmağımız da Quranı göndərən Şəxsin buyruqlarına itaətsizlikdir.

Məsələ ilə bağlı internetdə axtarış apararkən bunun təkcə müsəlmanlarla məhdudlaşmadığını görüb sizin də diqqətinizə çatdırmaq istədim.. Belə ki, məşhur «New York Times» qəzetinin internet saytında (http://www.iht.com/articles/2007/11/02/africa/kosher.php) bir müxbir bu cür suallarla yəhudilərin din adamları olan ravvinlərə müraciət etdiklərini qeyd etmişdi.

Dindar yəhudilərin hər atdıqları addımlarında olduğu kimi telefon problemində də imdadlarına Baş ravvin yetişib. Bizim din xadimlərimizin «halal»lığına zəmanət verdikləri kolbasalardan fərqli olaraq artıq dindar yəhudilər üçün xüsusi olaraq «halal» (yəhudilər «koşer» və ya «kaşər» adlandırırlar) «simkart»lar hazırlanıb.

Bütün dünyada inkişaf etmiş demokratik ölkələrdən biri kimi tanınan və qəbul edilən İsraildə artıq «halal simkartlar» başqa operatorların simkartlarından ucuz olduğu üçün çox dəbdədir. İki dindar yəhudinin öz arasındakı danışığı bizim pula 1,7 qəpik edir. Adi simkartlarda isə bu rəqəm 8 qəpikdir. Bu «halal»lığın da öz şərtləri var. Belə ki, dindar yəhudi hər cür fiziki fəaliyyətin qadağan olunduğu şənbə günü «halal simkart»dan istifadə etsə, bunun cəzası olaraq başqa günlərdəkindən 100 dəfə artıq pul ödəmək məcburiyyətindədir. Hələ bu harasıdır? Başqa təəccüblü xəbərlər də var.

İsrail havayolu şirkəti olan «El AL» özəlləşdirildiyi halda vaxt cədvəli yenə dəyişməyib. Şirkəti özəlləşdirənlər də əvvəlki icraatı eyni ilə yerinə yetirirlər. «Şabat günü», yəni həftənin şənbə günü bu havayoluna məxsus olan təyyarələr uçmurlar. Yəhudilikdə həftənin şənbə günü işləmək qadağan edildiyi üçün adıçəkilən şirkətin heç bir təyyarəsi havaya qalxmır. Bu təkcə simkart və təyyarə ilə də məhdudlaşmır. Hətta bunu binaların liftlərinə də aid etmək olar. Bəzi otellərdə isə qonaqların düyməyə basaraq «günah» qazanmaması üçün liftlər həmin gün avtomatik işləyir və hər mərtəbədə dayanır.

İsrailin hər şəhərində, hətta hər qəsəbəsində dindar yəhudilər üçün xüsusi xidmətlər təklif edilir. Dindar yəhudilərə təqdim edilən xidmətlərdən əvvəl Baş Ravvinin razılığı olmalıdır və buna da «koşer» deyilir… Yəni İsraildə hər şeyin halallığı, daha doğrusu koşeri olduğu kimi, təklif edilən xidmətin də koşeri olmalıdır.

Xidmət sektorunun bunu qəbul edib-etməməsi məsələsi qalsın bir tərəfə, əksinə bu məqsədlə xüsusi tədbirlər həyata keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi «halal simkartlar» olduğu kimi, artıq «halal kredit kartları» da mövcuddur. Hətta kompüter proqramlarının, internet servislərinin də «halal»ı, yəni koşeri var. Demək olar ki, hər şey dindar yəhudilər üçün xüsusi olaraq hazırlanır və ya onların istəklərinə görə dəyişdirilir.

Yuxarıda qeyd etdiyim qəzetin müxbiri Beit Shemesh adlı 73 min əhalisi olan bir qəsəbəni misal kimi göstərir. Bu qəsəbənin 15 mini dindar yəhudilərdir. Bu insanlar onlar üçün xüsusi olaraq fəaliyyət göstərən «koşer» məhsullar satan mağazaların məhsullarından istifadə edirlər. Hətta bu bölgədə avtobuslarda qadınlar kişiləri günaha batırmamaq üçün arxada otururlar.

Kapitalizmin bir məntiqi İsraildə çox yaxşı işləyir. «Madam ki, belə böyük bir qrup var, elə isə bunlara istidiklərini vermək lazımdır». Qeyd edək ki, 5,5 milyon yəhudi əhalisi olan İsraildə bu cür dindarların sayı 800 min nəfərdir. Buna görə də məşhur firmalar dindarların yaşadığı yerlərdə özəl şöbələr açır, istədikləri kimi mallar təklif edirlər… Bir supermarketin rəhbərliyi «Bu, ildə 73 milyon dollarlıq bir bazardır. Satışlarımızın 10 faizini təşkil edir», – deyərək işlərinin daha yaxşı getdiyini bildirib.

Televizora baxmayan, öz qəzetlərindən başqa mətbuata nəzər də yetirməyən bu təbəqə üçün müxtəlif reklam və təbliğat üsulları həyata keçirilir…

«Cib telefonlarında zəng səsinin yerinə ayə oxunarmı?» sualına kinayə ilə yanaşanlara qlobal dünyadakı başqa bir millətin yaşam tərzini təqdim etməyə çalışdım…

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.841 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Din 31.03.10 2.995 dəfə oxundu
2 QƏNDİLLƏR 13.02.11 2.827 dəfə oxundu
3 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.417 dəfə oxundu
4 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.347 dəfə oxundu
5 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.120 dəfə oxundu
6 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.295 dəfə oxundu
7 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.745 dəfə oxundu
8 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.777 dəfə oxundu
9 Ağıl işlətmək 24.04.10 3.218 dəfə oxundu
10 Quranda şəfaət anlayışı 02.09.15 1.907 dəfə oxundu
11 İslam ümumbəşəri dindir 16.11.12 1.622 dəfə oxundu
12 Nəbi və Rəsul 18.12.13 1.761 dəfə oxundu
13 Məşiət və iradə 05.07.09 3.220 dəfə oxundu
14 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.532 dəfə oxundu
15 Qəza-qədər məsələsi 24.02.13 4.123 dəfə oxundu
16 Sədəqə malı azaltmır 19.01.14 1.535 dəfə oxundu
17 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.453 dəfə oxundu
18 Quranın ecazı 21.11.11 9.128 dəfə oxundu
19 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.546 dəfə oxundu
20 Lə İlahə İlləllah 20.02.14 2.748 dəfə oxundu
21 Ramazanda Quran oxumaq 29.07.10 5.527 dəfə oxundu
22 Quran ayəli telefon zəngləri 18.01.12 2.841 dəfə oxundu
23 İslam dinində məhbuslara münasibət 24.03.13 1.712 dəfə oxundu
24 Təsbih və Zikr 29.04.16 1.417 dəfə oxundu
25 Pir və ziyarətgahlar 07.12.10 20.608 dəfə oxundu
26 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.608 dəfə oxundu
27 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.567 dəfə oxundu
28 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.160 dəfə oxundu
29 Zəmzəm suyunun sirləri 12.12.10 5.600 dəfə oxundu
30 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.256 dəfə oxundu
31 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.586 dəfə oxundu
32 Novruzla əlaqədar məlumatlar 21.03.15 3.161 dəfə oxundu
33 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.422 dəfə oxundu
34 Əsl kafir kimdir? 21.07.12 9.243 dəfə oxundu
35 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 3.013 dəfə oxundu
36 Tövhid 24.09.16 4.952 dəfə oxundu
37 Qütblərdə namaz vaxtları 07.02.11 2.285 dəfə oxundu
38 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.234 dəfə oxundu
39 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.887 dəfə oxundu
40 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.214 dəfə oxundu
41 Allahın varlığının riyazi isbatı 15.02.11 5.987 dəfə oxundu
42 Müsəlmanın davranışları 23.09.12 1.862 dəfə oxundu
43 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.461 dəfə oxundu
44 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 492 dəfə oxundu
45 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.416 dəfə oxundu
46 İslamda analara münasibət 19.10.12 2.368 dəfə oxundu
47 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.038 dəfə oxundu
48 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 939 dəfə oxundu
49 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.203 dəfə oxundu
50 Qərbin inkişafının paradiqması 19.02.11 3.360 dəfə oxundu
51 İslamda söyüşə münasibət 19.10.12 1.901 dəfə oxundu
52 QÜTBÜ ƏZƏM 24.03.14 2.458 dəfə oxundu
53 Müaviyə kimdi? 10.08.18 497 dəfə oxundu
54 İslamdan İslama qədər 15.10.15 2.701 dəfə oxundu
55 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.362 dəfə oxundu
56 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.673 dəfə oxundu
57 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.338 dəfə oxundu
58 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 356 dəfə oxundu
59 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.705 dəfə oxundu
60 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.168 dəfə oxundu
61 Qurban qətliam deyil! 23.10.12 1.603 dəfə oxundu
62 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.552 dəfə oxundu
63 Коран и культурное развитие. 30.01.19 240 dəfə oxundu
64 Ramazan təqvimi 27.06.14 3.667 dəfə oxundu
65 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.428 dəfə oxundu
66 Ad qövmünün həlakı 29.10.12 1.518 dəfə oxundu
67 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.977 dəfə oxundu