Zəmzəm suyunun sirləri
Müsəlmanlar > Düşüncə sahəsi Tarix: 12 Aralık 2010 Tövsiyə et Çap et

Zəmzəm suyunun özünəməxsus cəhətləri

Zəm-zəm quyusu və onun tarixi haqqında qismən də olsa, hər kəsin məlumatı var. Məhz elə buna görə də bu günkü yazıda suyun yaranma tarixi haqda deyil, özünəməxsus qəribəlikləri və özəllikləri haqda söhbət açmaq istəyirəm. Tarix boyu bir çoxları Zəm-zəm suyunu adi quyu suyu olaraq qəbul etsə də, aparılan araşdırmalar onun qəribə özəlliklərini üzə çıxardı. 1971-ci ildə bəzi alimlər Zəm-zəm quyusunun dəniz səviyyəsindən aşağı olması və Məkkənin mərkəz nöqtəsində yerləşməsini nəzərə alaraq içməyə yararsız olduğunu iddia etməyə başladılar.

Onların rəyinə əsasən qrunt suları çökəklikdə yerləşən Zəm-zəm quyusuna doğru axaraq onu içməyə yararsız hala gətirə bilərdi. Səudiyyə Ərəbistanının keçmiş başçısı kral Feysəlin əmri ilə bu məsələnin araşdırılması məqsədilə qısa müddətdə işçi qrupu yaradıldı.

Zəm-zəm quyusundan alınan nümunələr analizdən keçirilmək məqsədilə məşhur Avropa laboratoriyalarından birinə göndəriləcəkdi. Bu işə rəhbərlik edən o zamankı, Kənd Təsərrüfatı və Su Ehtiyyatları naziri Muinəddin Əhməd Zəm-zəm quyusunun xüsusiyyətlərini və qəribəliklərini tədqiq edir. Nazir qeydlərində göstərir ki, Zəm-zəm quyusu haqqında onun məlumatı az deyildi. Amma bu onun Zəm-zəm quyusu ilə ilk dəfə olaraq yaxından tanışlığı idi. Bu dəfəki tanışlıq Zəm-zəm quyusu haqqında daha çox məlumat əldə etməyə imkan verdi. Quyunun ən qəribə cəhətlərindən biri çox dərin olmaması və bol sulu olmasıdır. Quyuda araşdırmalar apararkən ilk növbədə onun ölçülərini öyrənməyə başladı. Dərinliyi 18, eni 14 addım olan Zəm-zəm quyusu İbrahim peyğəmbərin zamanından etibarən bu günədək hər il zəvvarlara Məkkə və Mədinə şəhərlərinə milyonlarla ton su verməkdədir.

Xüsusi təmizlikdən keçəndən sonra Zəm-zəm quyusunun dibinə endi. Su onun çiyinlərindən idi. Quyuda araşdırmalar apararkən ilk növbədə suyun gözünü axtarıb tapmaq tələb olunurdu. O, çox axtarsa da, suyun mənbəyini tapa bilmədi. Suyun mənbəyini tapmaq üçün yeganə bir yol qalırdı – quyu suyunu güclü su nasosları ilə tam çıxarmaq. Çox qəribədir ki, nasosların fasiləsiz işləməsinə baxmayaraq, quyudan su tükənmir, eyni səviyyədə qalırdı.

Nisbətən daha güclü nasoslar quraşdıraraq quyudakı suyun səviyyəsini qismən də olsa, azaltmağa cəhd edilir. Lakin su olduğu səviyyədən aşağı düşmür. Son dəfə quyuya enib suyun mənbəyini tapmağa cəhd olunur. Yalnız bu zaman qəribə bir şeyin şahidi olur. Quyunun dibində, ayağının altındakı qumun tərpəndiyini hiss edir. Addım atdığı hər yerdə bunu hiss edir. Zəm-zəm quyusunun dibi tam olaraq su fışqırırdı. O yalnız indi təzyiqlə çıxan bu su axınının qarşısında su motorlarının niyə aciz qaldığını başa düşür.

Sonra müəyyən olundu ki, Zəm-zəm quyusuna onun divarlarından heç bir su sızması yoxdur. Quyuya dolan su ancaq quyunun dibindən-yerin tərkindən çıxan suyun hesabınadır. Bu isə qrunt sularının quyuya axması ilə bağlı mövcud iddialara və şübhələrə son qoymaq üçün kifayət idi.

Daha sonra isə analiz məqsədilə quyudan götürülən nümunə Avropa laboratoriyalarından birinə göndərildi. Çox keçmədi ki, analizin nəticələri açıqlandı. Nəticələrdə qeyd olunurdu ki, Zəm-zəm suyunun tərkibində Məkkənin digər su qaynaqlarının sularına nisbətən kalsium və maqnezium daha çoxdur. Bu isə öz növbəsində susuzluq və yorğunluğun aradan qaldırılmasında zəvvarlara daha müsbət təsir göstərir. Ancaq analizin ən maraqlı göstəricilərindən biri də Zəm-zəm suyunun mikrobları məhv edən xlorla da zəngin olması idi.

Beləliklə, analiz suyun içməyə tam yararlı olduğunu təsdiqləyir. Yarandığı gündən bəri bu quyunun suyu bir dəfə də olsun nə quruyub, nə də azalıb. Yüz illər boyu çıxan bu su öz təbii keyfiyyətlərini hələ də qoruyub saxlamaqdadır. Bu suya nə həcc mövsümündə, nə də başqa vaxtlarda xlor əlavə edilir. Quyunun başqa qəribəliklərindən biri isə digər quyulardan fərqli olaraq divarlarında mamır və başqa bitkilərin bitməməsidir. Bu isə Zəm-zəm suyunun öz təbii dadını qoruyub saxlamaqda mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Qafar OCAQLI

Bu yazı 12.12.2010-cu ildə islam.com.az saytının “Məqalələr” bölməsindən həmin saytın idarə heyətinin icazəsi ilə götürülmüşdür. Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
5.551 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Ağıl işlətmək 24.04.10 3.211 dəfə oxundu
2 Quranda şəfaət anlayışı 02.09.15 1.867 dəfə oxundu
3 İslam ümumbəşəri dindir 16.11.12 1.621 dəfə oxundu
4 Nəbi və Rəsul 18.12.13 1.750 dəfə oxundu
5 Məşiət və iradə 05.07.09 3.213 dəfə oxundu
6 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.462 dəfə oxundu
7 Qəza-qədər məsələsi 24.02.13 4.088 dəfə oxundu
8 Sədəqə malı azaltmır 19.01.14 1.530 dəfə oxundu
9 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.449 dəfə oxundu
10 Quranın ecazı 21.11.11 9.123 dəfə oxundu
11 “Şeyx Əhməd vəsiyyətnaməsi” əfsanəsi 03.03.13 1.515 dəfə oxundu
12 Lə İlahə İlləllah 20.02.14 2.722 dəfə oxundu
13 Ramazanda Quran oxumaq 29.07.10 5.522 dəfə oxundu
14 Quran ayəli telefon zəngləri 18.01.12 2.830 dəfə oxundu
15 İslam dinində məhbuslara münasibət 24.03.13 1.692 dəfə oxundu
16 Təsbih və Zikr 29.04.16 1.373 dəfə oxundu
17 Pir və ziyarətgahlar 07.12.10 19.792 dəfə oxundu
18 Birlik və bərabərliyin simvolu: Həzrəti Muhəmməd 24.01.12 2.592 dəfə oxundu
19 Ümmətin islahı nə ilə mümkündür? 17.11.15 1.550 dəfə oxundu
20 Bəni-Qureyzə əsirləri haqqında peyğəmbərimizə atılan iftira 06.03.15 2.139 dəfə oxundu
21 Zəmzəm suyunun sirləri 12.12.10 5.551 dəfə oxundu
22 Ərlə arvadın sirrini açmaq 03.04.12 3.232 dəfə oxundu
23 Hüseyn (ə.s.)ın ölümünə sevinən müsəlman tapılar? 14.05.13 2.565 dəfə oxundu
24 Novruzla əlaqədar məlumatlar 21.03.15 3.139 dəfə oxundu
25 Yer üzündə gəzib dolaşmaq 17.01.11 2.414 dəfə oxundu
26 Əsl kafir kimdir? 21.07.12 9.144 dəfə oxundu
27 Dinimizdə toy və yas mərasimlərinə münasibət 26.05.13 2.980 dəfə oxundu
28 Tövhid 24.09.16 4.576 dəfə oxundu
29 Qütblərdə namaz vaxtları 07.02.11 2.283 dəfə oxundu
30 Müsəlman cəhənnəmə gedərmi? 26.04.14 3.206 dəfə oxundu
31 Qədir Xum hadisəsinin həqiqətləri 07.06.13 1.882 dəfə oxundu
32 Şiədə Təqiyyə/Kimliyini gizlətmək. 07.12.16 2.025 dəfə oxundu
33 Allahın varlığının riyazi isbatı 15.02.11 5.948 dəfə oxundu
34 Müsəlmanın davranışları 23.09.12 1.856 dəfə oxundu
35 Quranın savabı ölüyə çatırmı? 17.06.13 5.437 dəfə oxundu
36 Əli İzzətbekoviçdən İslam dünyasının Xülasəsi 14.04.17 490 dəfə oxundu
37 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 1 11.02.11 2.415 dəfə oxundu
38 İslamda analara münasibət 19.10.12 2.341 dəfə oxundu
39 Dindən dönənlərin öldürülməsi 17.05.14 2.035 dəfə oxundu
40 Əhli beyt İmamları məsumdurmu? 12.01.18 741 dəfə oxundu
41 Təəssüb və dini təəssübkeşlik 24.06.09 3.194 dəfə oxundu
42 Qərbin inkişafının paradiqması 19.02.11 3.356 dəfə oxundu
43 İslamda söyüşə münasibət 19.10.12 1.893 dəfə oxundu
44 QÜTBÜ ƏZƏM 24.03.14 2.451 dəfə oxundu
45 Müaviyə kimdi? 10.08.18 413 dəfə oxundu
46 İslamdan İslama qədər 15.10.15 2.654 dəfə oxundu
47 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 2 26.02.11 2.361 dəfə oxundu
48 Qurbanın maddi və mənəvi əhəmiyyəti 19.10.12 1.654 dəfə oxundu
49 Müsəlmanın müsəlmandan başqa dostu olmaz 09.08.13 1.337 dəfə oxundu
50 Quran və Mədəni İnkişaf Lahiyəsi 13.07.18 340 dəfə oxundu
51 Əbu Hamid Qəzalinin fəlsəfi-etik görüşləri 17.11.09 2.702 dəfə oxundu
52 “Oxu” qəzetinin Abdulaziz Bayındırla müsahibəsi – 3 28.02.11 2.168 dəfə oxundu
53 Qurban qətliam deyil! 23.10.12 1.590 dəfə oxundu
54 Dini düşüncəmizi dəyişdirməliyik 04.09.13 1.548 dəfə oxundu
55 Коран и культурное развитие. 30.01.19 229 dəfə oxundu
56 Ramazan təqvimi 27.06.14 3.667 dəfə oxundu
57 İslamda insan cəsədi və meyityarma 16.03.11 2.425 dəfə oxundu
58 Ad qövmünün həlakı 29.10.12 1.518 dəfə oxundu
59 Sərvət, hakimiyyət və kasıblıq haqqında 07.09.13 1.960 dəfə oxundu
60 Din 31.03.10 2.986 dəfə oxundu
61 QƏNDİLLƏR 13.02.11 2.823 dəfə oxundu
62 İslamda qardaşlıq və bərabərlik 10.11.12 3.347 dəfə oxundu
63 Quran kifayət qədər açıq deyilmi? 04.11.13 1.343 dəfə oxundu
64 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.116 dəfə oxundu
65 Professor Şahlar Əsgərov, “Allahın varlığının riyazi isbatı” 15.02.11 3.290 dəfə oxundu
66 Müvahhid müsəlmanın xüsusiyyətləri 10.11.12 1.741 dəfə oxundu
67 Ənənəvi İslam və həqiqi İslam 11.12.13 1.774 dəfə oxundu