Müselmanlar
Adəm əleyhissəlamla İblis eyni yerdən düşürülüblər?

Adəm əleyhissəlamla İblis eyni yerdən düşürülüblər?

Sual: Əraf surəsinin 13-cü ayəsində İblisə “düş oradan!”- deyilir. 24-cü ayədə də bu səfər Adəm əleyhissəlama “düş oradan!”- deyilir. Bu iki ayəyə əsasən hər ikisinin olduğu yer eyni idi?

Cavab: İblis müqərrəb (məqamı yüksək) mələklərdən idi. Səcdə etməyincə, onu olduğu məqamdan aşağı düşürdü.

Adəm əleyhissəlama da çox gözəl bir baxça vermişdi. Allahın əmrini çeynəyincə, “düş (çıx) ordan”- dedi və ordan çıxartdı.

Günümüzdə də hər hansı bir vəzifədən çıxarılan şəxsə həmin kəlimə işlədilir. “Düş o vəzifədən”- deməklə yüksək bir yerdən aşağı düşmək deyil, sahib olduğu məqamdan çıxmaq qəsd edilir. Bu səbəblə, hər insanın işlədiyi bir günah o insanın məqamını düşürür. Yəni, hər insan işlədiyi günah ölçüsündə nail olacağı gözəlliklərdən, ucalıqlardan məhrum olur.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin