Müselmanlar

Cənnətdəki dərəcələri necə başa düşməliyik?

Sual: Cənnətdəki dərəcələri necə başa düşməliyik?

Cavab: İsra surəsinin 21-ci ayəsində belə buyurulur:

“Bax gör (dünyada) onların birini digərindən necə üstün etdik. Axirətdə isə daha böyük dərəcələr və daha böyük üstünlüklər vardır.”

Dünyada insanlar arasında gördüyümüz fərqlərə misal olaraq; birini gözəl digərini çirkin, birini varlı digərini kasıb, birini güçlü digərini zəif, ağıllı-ağılsız və s. fərqləri görürük. Dünyada gördüyümüz bu fərqlər və dərəcələr, axirətdə daha çox və daha artıq olacaqdır.[1]

Yəni, hər kəs elədiklərinin qarşılığını alacaqdır. Bunun üçün Quranda tövsiyə edilən qabaqcıllardan[2] olmağa səy göstərməliyik. Bu, dünyadakı yarışların ən gözəlidir.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkləri tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/5592.html

http://www.muselmanlar.com/fitvalar/7019.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Hətta dünyada yediyimiz bir şeyin, məsələn; almanın dadı axirətdə dünyadakı kimi eyni qalmayacaq. Hər dəfə yeyəndə bir başqa dad və həzz alacağıq. Bu barədə Quranda: “…Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə (dünyada) bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara (dünyadakının ) oxşarı veriləcəkdir.” (Bəqərə 2/25)

[2] Bax: Vaqiə, 56/10.

Bizi izləyin