Müselmanlar
Ölüm ilə yenidən diriliş arasındakı müddət nə qədər olacaq?

Ölüm ilə yenidən diriliş arasındakı müddət nə qədər olacaq?

Sual: İnsanın ölümündən qiyamətdə dirilişinə qədər keçən zaman haqda hərə bir şey deyir. Bir Müsəlman bu barədə kimə və nəyə inanmalıdır?

Cavab: Bir müsəlman Allah’ın kitabında dediklərinə inanmalıdır. Baxaq görək Allah Quranda bu haqda nə deyir?

Məaric surəsinin 4-cü ayəsində, ən son ölən insanın ölümündən yenidən dirilişinə qədər keçən müddət 50 min il olacağını bildirir.

Ölmüş şəxs baxımından bu müddət nə qədər olur?

Bunun da cavabı yenə Quranda mövcuddur. Nəhl surəsi 77-ci ayəsində:

“Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.” buyrulmaqdadır.

Yuxarıdakı ayədə 50 min olaraq keçən bir zaman ölən şəxs baxımından bir göz qırpımında keçəcəkdir. Çünki, zaman deyilən bir şey, xüsusi bir varlıq deyildir.

Zaman, iki hərəkət arasındaki müddəti müəyyən etmək üçün işlətdiyimiz bir ölçüdür. Bu səbəblə bir insan istər yatdığı zaman istərsə öldüyü zaman həmin hərəkət artıq onun üçün işləmir.

Bənzər sual-cavab üçün aşağıdaki linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/7020.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin