Müselmanlar

Vücudumuza cəfa vermək əcəlimizi qısaldırmı?

Sual: Allahın bizə verdiyi orqanlara cəfa vermək, xor görmək əcəlimizi qısaldırmı? Orqanlarımız üzərində bir məsuliyyətimiz varmı?

Cavab: Allahın dini fitrət olduğu üçün Onun bəxş etdiyi orqanları da fitrətinə/təbiətinə uyğun istifadə etməliyik. Kainatda var olan hər bir şeyin fitrətini pozmağa və onlara qarşı hər hansı bir haqsızlığı etməyə haqqımız yoxdur. Çünki, hər biri Allahın bir ayəsidir. Maddələr də, heyvanlar da belədir və onlara qarşı haqsızlıq etmək olmaz. Öz vücudumuz da buna daxildir. Əgər edərsək, cəzasını görəcəyik. Ömrümüzün qısalması da buna daxildir. Bu səbəblə biz Allahın fitrətimizə təqdir etdiyi ömrü yaşaya bilərik. Ancaq, bu ömrü uzada bilmərik. Qısaltma imkanı isə bizə verilmişdir.

Qurani Kərimdə Allahın insan fitrəti üçün müəyyən etdiyi əcələ təbii-əcəl, müxtəlif insanlar üçün müəyyən etdiyi əcələ isə əcəli-müsəmma deyilir. Bu barədə Quranda belə yazılır:

هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَى أَجَلًا وَأَجَلٌ مُسَمًّى عِنْدَهُ

“Sizi palçıkdan (tindən) yaradan Odur. Sonra bir əcəl müəyyən edilmişdir. Başqa bir əcəl-müsəmma da Onun qatındadır.”(Ənam 6/2)

İnsanlar üçün fərqli müəyyən edilən bu əcəlin müddəti yenə insanların yol verdikləri səhvlərlə  qısala ya da qısaldıla bilir.

Buna baxmayaraq hər iki əcəl də  Allahın icazəsinə bağlıdır.

Bənzər sual-cavab üçün aşağıdakı keçidə daxil olun:

Xərçəngə tutulmaq taledir, yoxsa düzgün qidalanmamaq?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin